Aktauda Azərbaycan ərazisindən yük axınını artıracaq yeni konteyner qovşağı tikilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 9 yanvar, AZƏRTAC
Qazaxıstan mühüm infrastruktur layihəsi olan Aktau limanında konteyner qovşağının tikintisini həyata keçirir.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, layihə limanın ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.
Konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika arenasında mövqelərini gücləndirəcək, Trans-Xəzər marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçən konteyner daşımalarını artırmağa imkan verəcək. Bildirilib ki, bu, Çindən gələn tranzit yüklərinin bir hissəsini Avropaya yönləndirmək imkanı yaradacaq.
Bundan əlavə, limanda dərinləşdirmə işləri planlaşdırılır ki, bu da onun terminal gücünü artıracaq və konteyner daşımalarını daha səmərəli edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Yanvar 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















