Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 25 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşünü açaraq Aktauda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti sammit iştirakçıları adından həlak olanların ailələrinə və bütün xəsarət alanlara başsağlığı verib.
“Təyyarə qəzaya uğrayıb, ölənlər var, çoxlu yaralılar var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalacağına ümid edək”, - deyə Rusiya lideri bildirib.
V.Putin vurğulayıb ki, Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur. “Mən səhər saatlarında İlham Heydər oğlu Əliyevlə də danışmışam, o, təyyarə Azərbaycan aviaşirkətinə məxsus olduğu üçün Bakıya qayıtmağa məcbur olub”, - deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















