Aktauda təyyarə qəzasında xəsarət alanlar tam tibbi yardımla təmin edilir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 25 dekabr, AZƏRTAC
Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.
AZƏRTAC-ın Qazaxıstan Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.
Bu gün Astanadan Aktauya cərrah və travmotoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Aktauda təyyarə qəzasında xəsarət alan 25 nəfər xəstəxanalara çatdırıldı
25 Dekabr 2024 12:08
Aktauda təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşlarının durumu açıqlanıb
31 Dekabr 2024 13:51
Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub AZƏRTAC
25 Dekabr 2024 21:08
Rusiya FHNə məxsus “İl76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb AZƏRTAC
26 Dekabr 2024 12:38
Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI
25 Dekabr 2024 16:52
