“Aktiv Enerji”də milyonluq yeyinti Həbs edilənlər var
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elektrik və enerji paylama sistemləri sahəsində fəaliyyət göstərən topdansatış və mühəndislik şirkəti “Aktiv Enerji”də böyük miqdarda mənimsəmə faktı aşkarlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətdən daxil olmuş şikayət əsasında prokurorluqda cinayət işi başlanıb.
Araşdırma nəticəsində şirkətin maliyyə şöbəsinin direktor müavini Rüfət Şəmsiyev, şirkətin kassaya cavabdeh operatorları Asim Əliyev, Vüsal Ağayev və Suğra Quliyeva cinayət məsuliyyətinə cəlb olunub. Onlardan R.Şəmsiyev və Asim Əliyev həbs edilib.
İstintaqla müəyyənləşib ki, adları qeyd edilənlər avadanlıqların satışı nəticəsində əldə olunmuş 1 milyon manatdan artıq pulu şəxsi mənafeləri üçün mənimsəyiblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiya həddi 10 ildən 14 ilə qədər həbsdir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 01 İyul 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















