Icma.az
close
up
RU
Aktotı Raimkulova Milli Məclisdə çıxış etdi

Aktotı Raimkulova Milli Məclisdə çıxış etdi

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.

Bakupost.az xəbər verir ki, tədbirin məqsədi dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların əhəmiyyətini vurğulamaq, həmçinin dövlətlərin demokratik inkişafında, insan hüquqlarının və azadlıqlarının təminində konstitusiya dəyərlərinin roluna diqqət çəkməkdir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan xalqını və dövlətini bu əlamətdar yubiley münasibətilə təbrik edərək qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycanın sabitliyinin, qanunun aliliyinin və insan hüquqlarının təminatının əsasını qoyaraq, dövlətin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

O, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə formalaşan bu hüquqi sənədin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində daha da möhkəmləndiyini vurğulayıb.

Xanım A.Raimkulova həmçinin Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının rəmzi olduğunu, Konstitusiyanın prinsiplərinin artıq Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün ərazilərdə tətbiq edilməsinin qürurverici hadisə kimi tarixə yazıldığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə eləcə də, Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Abdulhakim Eşmuratov, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç, İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Rumıniya Senatının sədri Mircea Abrudean, Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova, Serbiyanın Milli Assambleyasının sədr müavini Covan Canciç, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Qlobal Dözümlülük və Sülh Şurasının (GCTP) prezidenti Ahmed Aljarwan çıxışlar edərək müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyin qorunması istiqamətində fikir mübadiləsi aparıblar.

Konfrans çərçivəsində qonaqlar və tədbir iştirakçıları Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri