Aktotı Raimkulova Seymur Fətəliyev ilə görüşüb
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.
Bakupost.az -a Fonddan verilən məlumata görə, görüşdə Fondun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)

Sahibə Qafarova Aktotı Raimkulova ilə görüşdü
28 Fevral 2025 20:15
Aktotı Raimkulova mərasimdə iştirak etdi FOTO
29 May 2025 15:56
Aktotı Raimkulova Özbəkistana səfər etdi FOTO
30 May 2025 14:45
Aktotı xanım Raimkulova Türk mədəniyyətinin ləyaqət simvolu
05 Yanvar 2025 21:04
Aktotı Raimkulova Beynəlxalq Forumda iştirak etdi KONKRET
13 May 2025 15:20

