Icma.az
close
up
RU
Aktotı Raimkulova Özbəkistana səfər etdi FOTO

Aktotı Raimkulova Özbəkistana səfər etdi FOTO

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi cənab Amir Piriç ilə görüş keçirib.

Bakupost.az görüşdə həmçinin UNESCO-nun Mədəniyyət Proqramı üzrə mütəxəssis cənab Filip Delanj və mədəniyyət üzrə mütəxəssis xanım Aygül Xələfova da iştirak edib.

Görüş zamanı Fond ilə UNESCO arasında münasibətlərin möhkəmləndirilməsi, eləcə də türk dünyasının zəngin mədəni irsinin qorunması, inkişafı və təşviqinə yönəlmiş birgə layihələr müzakirə olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova səfər çərçivəsində həmçinin Özbəkistan Respublikasının Xarici İşlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.

Görüş zamanı tərəflər, Özbəkistanın Fondun fəaliyyətinə fəal şəkildə cəlb olunması kontekstində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi olaraq, 21 May, 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş tarixi qərara — Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi daxil olmasına diqqət yönəldilib.

Aktotı Raimkulova göstərilən etimada və dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistanın Fonda üzv olması türk dünyasının zəngin mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.

Özbəkistan Respublikasının Prezidentinin Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində irəli sürdüyü təşəbbüslərin səmərəli həyata keçirilməsinə, eləcə də türk mədəni irsinin qorunması və təbliği istiqamətində birgə layihələrə xüsusi diqqət yetirildi.

Görüş qarşılıqlı anlayış və konstruktiv dialoq ilə yekunlaşıb. Fond ilə Özbəkistan Respublikası arasında mədəni və diplomatik əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin yaradılıb.

Ayxan,
BakuPost





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 May 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri