Icma.az
close
up
RU
Aktotı Raimkulova Beynəlxalq Forumda iştirak etdi KONKRET

Aktotı Raimkulova Beynəlxalq Forumda iştirak etdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində böyük qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Alıkul Osmonovun Poeziya Dünyası” adlı Beynəlxalq Forum keçirilir. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova forumda iştirak edib.

KONKRET.az xəbər verir ki, görkəmli qırğız şairi Alıkul Osmonovun anadan olmasının110 illiyinə həsr olunmuş bu forum, müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi-akademik müstəvidə təbliği və tədqiqi məqsədilə mühüm bir tədbir kimi təşkil olunub.

Forum çərçivəsində Aktotı Raimkulova açılış nitqi ilə çıxış edərək Alıkul Osmonovun poetik irsinin bütün türk sivilizasiyası üçün əhəmiyyətini vurğulayıb, 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. O, həmçinin Fondun türkmədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi əsas təşəbbüsləri forum iştirakçılarına təqdim edib.

Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirib. Tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov olub.

12 may 2025-ci il tarixində Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önündə təntənəli gülqoyma mərasimi keçirilib.

Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.

Ziyarət zamanı qonaqlar Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olublar.

Muzey infrastrukturunun müasir standartlara uyğun: multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə imkan verir.

Aktotı Raimkulova öz çıxışında vurğulayıb: “Alıkul Osmonovun ev-muzeyi sadəcə mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır.”

Ziyarət çərçivəsində Qırğız Respublikasının Dövlət katibi ev-muzeyin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.

Muzeyin yenidən qurulması şəhərin infrastukturunun inkişafında və ədəbi-tarixi abidələrin dəstəklənərək mədəni əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Xatırladaq ki, bu, Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri