Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Aktotı xanım Raimkulova Türk mədəniyyətinin ləyaqət simvolu

Aktotı xanım Raimkulova Türk mədəniyyətinin ləyaqət simvolu

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək...

Sürüklənən bəşəriyyət Qadınla yüksələcək" - deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid.

Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca qadın olasan...

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, sənətşünaslıq elmlər doktoru, professor Aktoti xanım Raimkulova məhz belə insanlardandır.

Bütün Türk dünyası miqyasında, ortaq mədəniyyətlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla böyük İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” yoluna sədaqətini və mənəvi varisliyini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq türk toplumlarının mənəvi- ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Aktoti xanım Raimkulovanın fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.

Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Aktoti xanımın şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun bütövlükdə türk gəncliyi üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…

Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətdə yandırdığı İşıqla Türk qadını adına həmişə ucalıq bəxş edib Aktoti xanım Raimkulova…

Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan, mələk qəlbli Aktoti xanımın əmək fəaliyyətini yaxından izlədikcə bu nur simalı xanımın ictimai həyatın və cəmiyyətimizin sosial-mədəni sferası üçün nəzərdə tutulan saysız-hesabsız layihələrin gerçəkləşməsi istiqamətində böyük ürəyini, fədakarlığını müşahidə etdikcə Türk xanımının bunca ziyalı səviyyəsinə, zəhmətsevərliyinə heyranlıqla qürur hissi keçirmişəm.

Türk Dövlətlərinin Başçıları tərəfindən professor Aktoti xanım Raimkulovanın bir il öncə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması bizim hamımıza xoş bir ərməğan oldu. Müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsində, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Fondun və dəyərli Aktoti xanımın xidmətləri müqayisəyə və ölçüyəgəlməz dərəcədə böyükdür.

Aktoti xanımın Fonda rəhbər təyin edildiyi vaxtdan etibarən ictimai-mədəni fəaliyyətini, həyata keçirdiyi tədbirləri, qısa zaman kəsiyində nəşrə hazırladığı 17 kitabı, düzənlədiyi kitab təqdimatlarını, Fond olaraq qatıldıqları beynəlxalq kitab sərgilərini və Aktoti xanımın qatıldığı konfrans və forumlarda, görüşlərdə Azərbaycan türkcəsində mükəmməl və məlahətli çıxışını qürurla izləmiş və son dərəcə yüksək qiymətləndirmişik. Azərbaycan ziyalılarına göstərdiyi xüsusi qayğı və sayğı, hətta elm xadimlərimizi kitablarıyla, əsərlərinə istinadən xatırlamağı, diqqətcilliyi və təvazökarlığı hər birimiz tərəfindən yüksək rəğbətlə qarşılanmaqdadır.

Aktoti xanımın mədəniyyətlərimizin tərəqqisinə yönəlmiş bütün xidmətləri, o cümlədən qardaş türk dövlətləri ilə elmi-mədəni-ədəbi müstəvidə dostluq, qardaşlıq və əməkdaşlığın inkişafı istiqamətində gördüyü gözəl işlər geniş mədəni aləmdə töhfələr verməkdədir.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Aktoti xanım Raimkulova məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, Türk dünyası üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətimizin mədəni rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Aktoti xanım…

Azərbaycan yazıçısı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var, yazır ki: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.

Nədənsə Aktoti xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Aktoti xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və Türk dünyasının mənəvi-mədəni rifahı üçün rahatlıq tapmadan əmək sərgiləyən, yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı xanımın ünvanına bu yazımı yazmağın vəfa borcumuz olduğunu düşünürəm...

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Aktoti xanım şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, uzun illərdir ki, sözündə bütövlüyünü işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib...

Professor Aktotı xanım Raimkulovanın əsasını qoyduğu, yaradıcı bədii rəhbəri olduğu, "Türk mədəniyyətinin təmsilçisi" fəxri titulunu daşıyan "Turan" etno-folklor ansamblı bu gün qeyri-adi səs tembrinə və ecazkar istedada malik qazax gəncləri - Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubekin timsalında Türklüyün səsini bütün dünyaya çatdırırlar. Bu da Aktoti xanımın Türk mədəniyyətinə xidməti və uğurudur.

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl, əziz, doğma, dəyərli Aktoti xanımın təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...

Ömrün müdriklik zirvəsindən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün yorğunluqlara, çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Aktoti xanım Raimkulovanın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə ən gözəl şəkildə tamama erdirən sevgili Aktoti Xanım!

Bu qala bizim qala,

Həmişə bizim qala

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...

Sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Aktoti xanım! Türk dünyamızın hər guşəsində xeyirxah əllərinizin işıqlı izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm!

Yaxşı ki varsınız, Aktoti xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Aktoti xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən mədəniyyətlərimizin çiçəklənməsi, mənəvi irsin qorunması üçün əlindən gələndən daha çox əmək sərf edir...

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Aktoti xanım Raimkulovanın şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.

Vicdanlı vətəndaş və ziyalı xanım olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü millət, vətən, xalq, mədəniyyət və maarif yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Aktoti xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda Aktoti xanım kimi yüksək mədəniyyət sahibi, zəngin dünyagörüşlü, vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli, kübar, mələk çöhrəli, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan belə İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, yaşadığımız bu dünya, bizi xəlq edən bu torpaq Aktoti xanım Raimkulova ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Yanvar 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri