Icma.az
close
up
RU
Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aktrisa Enn Heteuey ilk dəfə ictimaiyyət qarşısında nəzərəçarpacaq dərəcədə böyümüş qarnı ilə göründükdən sonra üçüncü hamiləliyi haqqında səmimi şəkildə danışmağa qərar verib.
Bizim.Media xəbər verir ki, "Late Night with Seth Meyers" şousunun efirində 43 yaşlı ulduz həyat yoldaşı Adam Şulmanla birlikdə uşaq planlaşdırdıqlarını, lakin hər şeyin bu qədər tez alınacağını gözləmədiklərini etiraf edib.
"Nə etdiyimizi bilirdik, amma bunun həqiqətən işə yaradığına görə şoka düşdük", - deyə Heteuey bildirib.
Aktrisa zarafatla gələcək körpəni "buzzer beater" (basketbol terminidir, final sirenindən saniyələr əvvəl atılan qələbə topunu bildirir) adlandırıb. Aparıcı Set Mayers zarafatı dəstəkləyərək qeyd edib: "Siz sözün əsl mənasında son anda yetişdiniz".
Heteuey ailəyə yeni üzvün gəlişinə yumorla yanaşıb:
"Əla. Sadəcə, sevimli serialımızda yeni bir personaj peyda olacaq", - deyə o, üçüncü övladının doğulması haqqında danışarkən bildirib.
Aktrisanın hamilə olduğu keçən ay paparassilər onu Sen-Tropedə istirahət edərkən görüntüləyəndə məlum olub. Daha sonra Heteuey hamilə qarnı ilə çəkilmiş şəklini "Körpəm, mən səninəm" başlığı ilə paylaşaraq xəbəri təsdiqləyib.
Enn Heteuey və Adam Şulman 2012-ci ildən evlidirlər və artıq iki oğulları – 10 yaşlı Conatan və 6 yaşlı Cek böyüdürlər.
Aktrisa əvvəllər analıq yolunun onun üçün heç də asan olmadığını açıq şəkildə dilə gətirmişdi. O, müsahibələrinin birində hamilə qalmağa çalışarkən çətinliklərlə üzləşdiyini və bu dövrü "çox ağrılı və tənhalıq dolu" bir təcrübə kimi yaşadığını, bir çox qadının da buna bənzər hisslərlə tanış olduğunu vurğulamışdı.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 İyul 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri