Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Aktrisa Sevinc Əliyeva: Dodaq dodağa öpüşə bilmərəm (VİDEO)

Aktrisa Sevinc Əliyeva: Dodaq dodağa öpüşə bilmərəm (VİDEO)

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BAKU.WS-in budəfəki müsahibi aktrisa Sevinc Əliyevadır. - Sevinc Əliyeva kimdir?- Sevinc Əliyeva ilk növbədə bir ananın qızıdır, üç körpənin anasıdır və tamaşaçılar üçün bir aktrisadır.- Kompleksləriniz var?- Komplekslərim yoxdur, amma şərtlərim olur. Mən, sadəcə, hansısa sualları cavablandırmağı xoşlamıram.- Azərbaycanlı aktrisalara milli mentalitet nə dərəcədə mane olur?- Hamının adına danışa bilmərəm. Hər kəs mentaliteti bir cür qəbul edir və hər kəs üçün mentalitetin anlayışı bir cürdür. Nəinki qadın üçün, kişi üçün də o, problem yarada bilər. Ola bilər ki, aktyor desin ki, mən bunu oynaya bilmərəm və ya oynamaq istəmərəm, özünə sığışdırmasın. Digər situasiyalar da ola bilər. Hər kəs üçün danışa bilmərəm. Mənim üçün hardasa hansısa bir çərçivələr var, hardasa yoxdur. Yalançı oyunu göstərə bilərəm, amma tamaşaçı onu başqa cür qəbul etsin. - Qarşınıza varlı bir kişi, məsələn, hazırda ölkəmizə təşrif buyuran şeyxlərdən biri çıxdı və evlənmə təklif etdi. Ərə gedərsiniz?- Ümumiyyətlə, realist insanam. Həm də ki, öz millətimi sevirəm. Mənim uşaqlarımın bir atası var, ömrü boyu da belə olacaq.- “Susma” adlı sosial çarxda çəkildiniz. Sevinc Əliyeva bu günə kimi nəyə görə susur?- Rejissor Elvin Abdulladan təklif gəldi. Görüşdük, ssenarini oxudum, çox xoşuma gəldi. Özüm susmuram. Nəyisə demək istəməyə bilərəm, amma heç nə məcburi deyil. Ümumiyyətlə, məni heç nəyə məcbur etmək mümkün deyil. Mən bu işi görmək istəyirəmsə, görəcəyəm, görmək istəmirəmsə, görməyəcəyəm. Özümə qarşı fiziki, mənəvi şiddət görsəm, mən heç nəyə görə susmaram.- Azərbaycanda tanınmış aktrisa olmaq üçün nələr etmək lazımdır?- Mən universiteti 2006-cı ildə bitirmişəm. O vaxtla indiki vaxtın tanınmışlığın böyük fərqi var. O vaxtlar kommersiya filmləri bu qədər çəkilmirdi, sırf "Azərbaycanfilm" kinostudiyasının filmləri çəkilirdi, daha çox reklam və kliplərə üstünlük verilirdi. Aktyorlar özlərini daha çox orada və teatrda göstərə bilərdilər. Son zamanlar aktyorlar, aktrisalar öz bacarıqlarını kommersiya filmlərində göstərə bilirlər və bu, müsbət bir haldır. İşsiz heç kim yoxdur. Məncə, bugünkü gündə "Instagram" və kommersiya filmləri aktyorlar üçün böyük tanıtım rolu oynayır. Cavanlar da gəlir, çalışırlar. Mən deməzdim ki, istedadlı, istedadsız insanlar var, şanslı insanları var. Şansları gətirir və irəli gedirlər. Bitirməsin İncəsənət Universitetini, diplomu olmasın, amma insanın şansı var. O, bir proyektə düşür, çalışır və sonradan öz üzərində çalışmağa başlayır.- Heç kəsi sevməməklə ən qorxulu ağrıdan azad olmaq olar?- Qəşəng sualdır. Sevmək bir proqram deyil ki, özümü proqramlaşdırım ki, kimisə sevim və ya sevməyim. Sevgi ani gələn bir şeydir, onu gözləmirsən, ondan qoruna, sığortalana bilmərsən. Sevgi mütləq deyil ki, kişi qadın arasında olsun. Əzizlərimiz, yaxınlarımız, övladlarımız var və onlara, sözsüz ki, sevgimiz var. Sevgi necə ki, bizi ani tapa bilir, elə də ani ala bilər əlimizdən. Hər bir şeyə dözərəm, bircə mənim yaxınlarıma, balalarıma bir şey olmasın. Nə qədər güclü görsənsəm də, inanmıram ki, ona dözə bilim. Allahdan hər dəfə istədiyim odur ki, başqasının, əzizlərimin dərdini mənə göstərməsin. O ağrıdan heç kəs sığortlanmayıb. Əlimizdən Allahımıza dua etmək gəlir.- Hansı sosial layihəni həyata keçirmək istərdiniz?- Mənə daha çox toxunan uşaq problemidir, kimsəsizlər evinə verilən uşaqlar. Mənim imkanım olsaydı, o uşaqlar üçün əlimdən gələni edərdim. Ona görə ki, uşaq kimsəsiz, gücsüz insandır. İnsandır, amma onun gücü yoxdur, sözü keçərli deyil, yaşı o yaş deyil ki, getsin hardasa öz sözünü deyə bilsin. O uşaq bir qapıda qoyulur və onun həyatı artıq kimlərdənsə asılı olur. Çox istərdim ki, bu hallar azalsın. Sosial şəbəkədə körpələrlə bağlı xəbərlər rastıma çıxanda əhvalıma təsir edir. O vəziyyətdən çıxa bilmirəm.- Bu yaxınlarda “Qaynana 2018” filminə çəkildiniz. Azərbaycanda qayınana-gəlin münasibətlərində nə düzgün deyil?- “Qaynana 2018" filmi orijinal "Qaynana" filminin 40 illiyinə həsr olunub. Yenə də sakit, yaxşı qız obrazındayam. Orada yenə yaşımdan balacayam. Öz qayınanamla çox yaxşı münasibətim var idi və bu gün də var. Mən o problemi yaşamamışam. Başa düşə bilmirəm ki, nəyə görə camaatın evində gəlin-qayınana problemi ola bilər. Üstəlik, əksəriyyəti indi ayrı yaşayır. Orada nə problem ola bilər, ümumiyyətlə, başa düşə bilmirəm.- 20 yaşınızda “Məhkumlar” filmində qliserindən istifadə etmədən ağlamağınız böyük bir uğur idi… - Mənə elə rollar təklif olunur ki, əksəriyyətində ağlayıram. Qliserindən heç vaxt istifadə etməmişəm. Şükür Allaha, Bakı balaca şəhərdir, bütün qrimyorlar bir-birilərini tanıyırlar. Artıq bu yaşımda bunu texnikaya çevirmişəm. "Məhkumlar" filminə çəkiləndə 20-21 yaşım var idi. Filmin rejissoru Mehriban Ələkbərzadə idi. O, mənimlə çoxlu işləyib, müzakirələr aparıb, danışmışıq. O, məni doğrudan da ağlamaq situasiyasına çatdırıb. O qədər Leyla obrazına yiyələnmişdim ki, artıq mənə qıraqdan söz deyiləndə özümdən asılı olmayaraq ağlayırdım. İş uğurlu idi. "Azərbaycanfilm" kinostudiyasının sifarişi idi. Məncə, bu vaxta kimi ən uğurlu işim olub və Azərnaycanda 20 yaşda kinolentə çəkilmək hər bir aktrisaya nəsib olmur. Şadam ki, mənim portfoliyamda belə bir iş var və bu işimlə qürur duyuram. Qliserindən isə heç vaxt istifadə etməmişəm. Mehirban xanım məni aktyor rejissorla necə işləməli idisə, elə də yönəldirdi. O, məni Leylanın vəziyyətinə salırdı: Leyla tək qızdır, anası ondan imtina edib, atası yoxdur, xəstəlik basıb onu. O qədər yaşıma uyğun olmayan problemli yükü qoymuşdu ki, çiynimə... Təsəvvür edin ki, Mehriban xanım bunları o qədər mənə danışırdı ki, artıq o Leyla obrazını bir müddət yaşadım.- Azərbaycanda filmlərdəki öpüşmə səhnələrinə niyə pis baxırlar?- Əslində, mən də pis baxıram. Mən sovet uşağıyam, 1985-ci ildə doğulmuşam. Onu Hollivud, türk filmində qəbul edirəm, amma özümüzkülərdə hələ də ona öyrəşmək var... Bəlkə də biz qınaqdan qorxuruq. Ona görə ki, bizimki nəsə edəndə, o dəqiqə əksəriyyəti başlayır qınamağa və biz ondan çəkinirik. İstəmirik ki, kimlərinsə dilinə düşək. Halbuki eyni bir şeyi başqa aktyorlar edəndə deyirik ki, azərbaycanlı deyil ki, buralıq deyil ki... Yanvar ayında "Dalan" filmi çıxmalıdır. Balaca bir səhnə var... Demirəm ki, açıq-saçıq səhnədir, öpüşmə var və s., amma o bapbalaca səhnə o qədər stress yaşadıb, rejissor Elvin Rüstəmzadə ilə o qədər danışmışıq... İzah edib ki, ssenarinin kulminasiyası buradadır. Bu, olmalıdır ki, bunlar da olsun. Özümə bəraət qazandırıb çəkilmişəm. Kişi ilə qadının münasibətini göstərəcək səhnə çəkilib. Tərbiyəsizlik, dodaq-dodağa öpüşmə yoxdur, amma artıq o səhnə məni aylardır stressdə saxlayır. Görəsən necə qəbul edəcəklər, axı belə deyil... Artıq özüm tamaşaçılardan, insanlardan çəkinməyə başlayıram. Başa düşən necə başa düşəcək, başa düşməyən necə başa düşəcək. Qınaqdan çəkinirik və o, artıq bizim içimizdə var. Biz belə doğulmuşuq. Biz qapıdan çıxanda fikirləşirik ki, qonşu məni belə görməsin. Mən dodaq-dodağa heç vaxt öpüşə bilmərəm. Bu, mənim üçün tabudur. Oraya kimi rolu apara bilərəm, sevgini oynaya bilərəm, amma iş işdən keçir məsələsini... Başa düşürəm ki, mənim üçün toxunuş problemli bir şeydir, edə bilmərəm. Eləyənlərə də halal olsun. O mənada halal olsun ki, özlərində o gücü tapırlar və onu edə bilirlər. Mənim zəifliyim, yəqin, buradadır.Sevinc Əliyeva və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov - Kimin yoxluğu ilə barışa bilmirsiniz?- Bakı balaca şəhərdir. Olub ki, nəsə eşitmişəm, bilmişəm, amma heç vaxt insanın üzünə vurmamışam. Yenə də Sevinc olaraq insana olan münasibətimi qoruyub saxlayıram. O insanları zamana, Allaha buraxıram. Kiminsə yoxluğundan əsla pis olmuram. Mənim üçün əsas 4-5 yaxınımın yanımda olmasıdır. İtirənlər onlardı, mən yox.- BAKU.WS-in izləyicilərinə deyəcəkləriniz...- BAKU.WS-i ilk yaranan vaxtlarından tanıyıram. O vaxtlar hələ "Facebok"da izləyirdim, saytı açıb oxuyurdum. Öz adımı həmişə axtarmışam, görəsən nə yazıblar. Bayramqabağıdır. İnşallah gələn il hər kəsə uğurlu olsun, əminamanlıq olsun, yaxınlarımız, əzizlərimiz yanımızda olsun, bərəkətli bir il olsun. İnşallah heç kəs işsiz olmasın, deməsin ki, qadın, kişi olmaq çətindir. Allah hərəyə ürəyinə görə versin. İl ölkəmizə, bizə düşərli olsun. Allah hər bir evə bala qismət etsin, hər evdən körpə səsi gəlsin.Hüseyn MəmmədsalahovBAKU.WS
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 04:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri