FTB və Məxfi Xidmət Binance ə qarşı kiberhücumla bağlı araşdırmaya başlayıb
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət "Binance" kriptovalyuta birjasına qarşı genişmiqyaslı kiberhücumun hallarını araşdırır.
AZXEBER.COM xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidmətləri məlumat yayıb.
FTB-dən bildirilib ki, hadisə ilə bağlı məlumat əldə edilib və hücumun miqyasını müəyyənləşdirmək, mümkün nəticələrini qiymətləndirmək, eləcə də zəruri istintaq tədbirlərini əlaqələndirmək məqsədilə dövlət və özəl sektorun tərəfdaşları ilə əməkdaşlıq edilir.
Məxfi Xidmətdən isə qeyd olunub ki, kibercinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün Kolumbiya dairəsinin prokurorluğu və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq aparılır.
Qeyd edək ki, "Binance" kriptovalyuta birjası oktyabrın 29-da haker hücumuna məruz qalıb. İlkin məlumata görə, itkilərin həcmi təxminən 6,3 milyard dollar təşkil edib. Bununla belə, istifadəçilərin depozitlərinə zərər dəyməyib.
Hücumdan sonra birja vəsaitlərin mədaxili və məxarici üzrə bütün əməliyyatları dayandırıb. Əməliyyatların yaxın iki gün ərzində bərpa olunacağı gözlənilir.
Blokçeyn sənayesindəki tərəfdaşlarla əməkdaşlıq nəticəsində təsirə məruz qalmış aktivlərin bir hissəsini dondurmaq mümkün olub. Hazırda birbaşa blokçeyndə təxminən 3 milyard dollar dəyərində vəsait bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Oktyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















