Aktyor Oqtay Mehdiyev: Öldürmək istəsələr də, alınmadı
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı aktyor Oqtay Mehdiyev olub.
O, sənət adamının həyatı, obrazlara münasibəti və teatrın mahiyyətindən söz açıb:
"Sənətlə həyatı qarışdırmaq olmaz. Qarışdırdınsa, məhv olacaq. Biz səhnədə Napoleonuq, Riçardıq, həyatda isə Mehdiyev Oqtay. Mən rola bürünmürəm, sadəcə, peşəkarcasına onunla məşğul oluram. Ruhun sərbəst yaradıcılığını tapmaq lazımdır. Bizim sənətdə şəxsi həyatla sənəti qarışdırmamaq əsas məsələdir".
Oqtay Mehdiyev teatr və kino sahəsindəki problemlərdən, keyfiyyət məsələsindən danışıb:
"Səhnə vicdanla işləyən aktyorundur. Biz normal işlər ortaya qoymalıyıq ki, tamaşaçı da keyfiyyətli sənəti görsün. Rejissorlar "tamaşaçı bunu istəyir" bəhanəsinin arxasında gizlənməməlidir. Tamaşaçı bu sənətin sirlərini mənim qədər bilə bilməz, ona görə də zövqü biz formalaşdırmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 08 Sentyabr 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















