Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Ramiz Mehdiyev dəstəsinin növbəti ismi bilindi: Oqtay Əsədov həbs oluna bilər

Ramiz Mehdiyev dəstəsinin növbəti ismi bilindi: Oqtay Əsədov həbs oluna bilər

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə aparılan istintaq çərçivəsində yeni adların üzə çıxdığı iddia olunur. Etibarlı, lakin hələlik rəsmi təsdiqlənməmiş mənbələrin məlumatına görə, istintaq orqanları Mehdiyevin ətrafında formalaşdığı iddia edilən siyasi dairənin strukturu və üzvlərini araşdırır. Həmin dairədə ən diqqət çəkən şəxslərdən birinin də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov olduğu bildirilir. Bəzi iddialara görə o, Mehdiyevin xəyanət kadrosunun İKİNCİ SİMAsıdır.

Məlumatlara əsasən, Mehdiyevin barəsində irəli sürülən “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət”, habelə “külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılması” kimi ağır ittihamlar çərçivəsində aparılan araşdırmalar, təkcə onun şəxsi fəaliyyətini deyil, eyni zamanda mümkün təşkilatlanmış qrup modelini də araşdırmağa yönəlib. Hüquq mühafizə orqanlarının versiyasına görə, belə ittihamlar tək nəfərlə həyata keçirilə bilməz, bu isə ətrafda koordinasiyalı siyasi şəbəkənin mövcudluğu ehtimalını gücləndirir.

İddia edilən “Dövlət Şurası” modeli

İstintaq materiallarında yer alan və mətbuata sızan sənədlərdə, Ramiz Mehdiyevin ölkədə yeni idarəçilik modeli – Prezidentlik institutunun zəiflədilməsi və 7 il müddətinə fəaliyyət göstərəcək “Dövlət Şurası”nın yaradılması layihəsini hazırladığı göstərilir. Sənədlərdə bu şurada 50 nəfərlik tərkibin formalaşdırılması nəzərdə tutulurdu.

Bakıvaxtı.az xəbər verir ki, Mənbələrin Musavat.com-a bildirdiyinə görə, Oqtay Əsədovun adı həmin potensial siyahıda “ikinci ən önəmli fiqur” kimi keçir.

Bu məlumat rəsmi strukturlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.

Oqtay Əsədov – Moskva körpüsü

Azərbaycan informasiya məkanında artıq uzun müddətdir ki, Oqtay Əsədovun Rusiyada geniş biznes şəbəkəsinə malik olduğu ilə bağlı məlumatlar yayılır. Bu iddialara görə, keçmiş spikerin Rusiya inşaat sektoru, enerji və logistika dairələri ilə sıx əlaqələri mövcuddur və bu əlaqələr onun Moskva siyasi dairələrində tanınmasına səbəb olub.

Həmçinin mediada, Əsədovun ailə üzvlərinin də Moskva və Sankt-Peterburqda müxtəlif kommersiya layihələri idarə etdiyi qeyd edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, ictimai-siyasi diskursda geniş müzakirə mövzusu olaraq qalır. İddialar Əsədovlar ailəsi tərəfindən təkzib olunmayıb. Musavat.com-a daxil olan başqa məlumatlara görə, Mehdiyev şəbəkəsində adı çəkilən digər fiqurlardan biri də iş adamı və sabiq deputat Əsabil Qasımovdur. Onun da Rusiyada olduqca geniş maliyyə fəaliyyətinə malik olduğu bildirilir. Bu məsələ ilə bağlı növbəti yazılarda daha geniş məlumat təqdim olunacaq.

Hazırda rəsmi strukturlar nə Oqtay Əsədov, nə də sadalanan digər şəxslərlə bağlı istintaq tədbirlərinə dair açıqlama vermir. Lakin Mehdiyevin özünün və ailə üzvlərinin yayılmış məlumatları təkzib etməməsi, hüquqi müdafiə komandasının isə tam susqunluq mövqeyi tutması prosesin ciddiliyini təsdiqləyir. Müşahidəçilər bildirirlər ki, gələn həftədən – bayram tətili başa çatdıqdan sonra – istintaqın yeni mərhələyə keçməsi və sensasiyalı həbslərin baş verməsi ehtimalı yüksəkdir. Oqtay Əsədovun siyasi yolu Ramiz Mehdiyevlə münasibətlərində müxtəlif mərhələlərdən keçib. 2005-ci ildə spiker seçildiyi ilk illərdə Əsədov, Prezident Administrasiyasının rəhbəri olmasına baxmayaraq, Ramiz Mehdiyevi “saymamış”, onun kabinetə çağırılma tələblərini qəbul etməmiş və siyasi davranışda müstəqil mövqe nümayiş etdirmişdi. Lakin sonrakı illərdə münasibətlər tədricən yaxınlaşmış, xüsusilə 2020-ci ildə spikerlikdən ayrıldıqdan sonra Əsədov Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Mehdiyevlə tez-tez görüşməyə başlamış, Akademiyanın binasında dəfələrlə onun kabinetinə getmişdir. İddialara görə, məhz həmin dövr ərzində iki fiqur arasında siyasi koordinasiya xətti formalaşıb.

Oqtay Əsədov 1955-ci ildə anadan olub, su və sənaye-kommunal təsərrüfatı sektorunda fəaliyyət göstərib, uzun müddət “Azərsu” ASC-nin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən 2020-ci ilədək Milli Məclisin sədri olub. Onun siyasi karyerası boyunca “texnokrat” və “şəbəkə qurucusu olmayan fiqur” kimi təqdim edilməsi indi istintaq iddiaları fonunda yenidən qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Noyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see231

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see228

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see207

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see193

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see165

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see137

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri