Icma.az
close
up
RU
Mehdiyev işində yeni detallar: Oqtay Əsədov, Əsabil Qasımov və daha kimlər

Mehdiyev işində yeni detallar: Oqtay Əsədov, Əsabil Qasımov və daha kimlər

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ramiz Mehdiyevin ətrafında araşdırmalar getdikcə yeni adları, yeni əlaqələri üzə çıxarır. Bu zəncirin əsas həlqələrindən biri də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov, digəri isə keçmiş deputat və iş adamı Əsabil Qasımovdur. Hər iki şəxs barəsində illərdir dövriyyədə olan məlumatlar bir istiqamətdə birləşir: Rusiya ilə dərin maliyyə və biznes əlaqələri. Və indi bu əlaqələrin sırf iqtisadi deyil, siyasi məqsəd daşıdığı ehtimalı üzərində dayanılır.
Newscenter.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan siyasi səhnəsində uzun illər “sakit fiqur” kimi tanıdılan, lakin pərdəarxasında nəhəng iqtisadi təsirə malik şəxslərdən biri keçmiş Milli Məclis sədri, “Azərsu”nun sabiq rəhbəri Oqtay Əsədovdur. Onun adı heç vaxt açıq korrupsiya qalmaqallarında hallanmasa da, illərlə su sektorunu idarə edən məmurun ailəsinin gizli biznes şəbəkəsi barədə mətbuatda saysız iddialar səslənib. Oqtay Əsədovun “Azərsu” ASC-yə rəhbərlik etdiyi dövrdə qurumun tenderləri ailə biznesinə çevrilib. Mətbuat araşdırmalarına görə, bu illərdə dövlət sifarişlərinin böyük qismi Əsədovun ailəsinə yaxın şirkətlərə ötürülüb. Söhbət “Azərsu Servis”, “Qlobal Service Group”, “AzTech Construction” və “Qlobal Sutikinti” kimi müəssisələrdən gedir. Formal olaraq müxtəlif şəxslərin adına rəsmiləşdirilən bu şirkətlər, əslində, eyni ofislərdə, eyni əlaqə nömrələri ilə fəaliyyət göstərib. Tenderlərin çoxu isə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi adı altında elan edilib. Amma bu layihələrin əhəmiyyətli hissəsi ya kağız üzərində qalıb, ya da şişirdilmiş qiymətlərlə həyata keçirilib. Araşdırmalar göstərir ki, Oqtay Əsədovun biznes əlaqələri təkcə Azərbaycanda məhdudlaşmayıb. Rusiyanın kommersiya reyestrlərində (СПАРК və ЕГРЮЛ) onun ailəsinə yaxın şəxslərin adları bir neçə müəssisənin təsisçi siyahısında görünür. Məsələn, “AzRusTrans” MMC adlı logistika şirkəti Moskva şəhərində qeydiyyatdan keçib. Digəri “RusAquaTrade” su təchizatı avadanlıqlarının satışı ilə məşğuldur. Bu şirkətlərdə Əsədovun oğlu Rəşad Əsədov və yaxın qohumlarının adları qeyd olunur. Bəzi mənbələr iddia edir ki, həmin müəssisələr vasitəsilə “Azərsu”nun avadanlıq tədarükləri və servis xidmətləri Rusiyadan alınıb, yəni dövlət vəsaiti dolayısı ilə ailə şirkətlərinə geri qayıdıb. Oqtay Əsədovun ailə çevrəsi SOCAR Rus layihələrinin ticarət şəbəkəsində də dolayı şəkildə iştirak edib. Burada söhbət əsasən yanacaq, su avadanlıqları və mühəndis təchizatı üzrə müqavilələrdən gedir. 2013-2018-ci illərdə Əsədov ailəsinə yaxın şirkətlər dövlət layihələrindən ümumilikdə 120 milyon manata qədər sifariş alıblar. Bakıda və Abşeron rayonunda bir neçə mənzil kompleksi, obyekt və torpaq sahələri də bu ailə zəncirinə bağlı hesab olunur. Oqtay Əsədov indi siyasi səhnədən çəkilmiş kimi görünür. Amma onun ailə şirkətləri, Rusiya ilə iqtisadi bağlar bu gün də yaşayır.

Azərbaycanın son 20 ilində siyasət və biznesin sərhədlərinin bulanıqlaşdığı, dövlətin iqtisadi damarlarına şəxsi maraqların qarışdığı bir çox nümunə var. Onlardan biri də keçmiş deputat, iş adamı Əsabil Qasımovdur. Xalq arasında “un kralı” kimi tanınan bu şəxs uzun illər ərzində ölkənin ərzaq təhlükəsizliyinə yönəlik ən strateji sahələrdən birində, taxıl və un bazarında hökmranlıq etmiş şəxs kimi təqdim olunur. Əsabil Qasımov İmişli rayonunun Qaralar kəndində doğulub, illərlə dövlət idarələrində, daha sonra Milli Məclisdə təmsil olunub. Amma onun siyasi karyerası əslində, böyük biznes imperiyasının vitrini idi. Əsabil Qasımovun adı ilk dəfə 2000-ci illərin ortalarında “Karat Holdinq” adlı iri şirkət şəbəkəsi ilə hallanmağa başladı. “Karat”, “Karmen”, “Aveta”, “Gəncə Dəyirman”, “Karat-Taxıl” və digər MMC-lər bu şəbəkənin tərkibində idi. Hər biri formal olaraq ayrı hüquqi şəxs kimi görünürdü, amma faktiki olaraq bir mərkəzdən idarə olunurdu. Bu holdinqin əsas fəaliyyəti un və taxıl emalı, idxal-ixrac, logistika və satış zəncirinə nəzarət idi. Mətbuatda illərdir səslənən iddialara görə, Əsabil Qasımov ailəsinə məxsus şirkətlər ölkəyə gətirilən buğdanın böyük hissəsini idxal edən və un istehsalının əsas hissəsini tənzimləyən struktur kimi fəaliyyət göstərirdi. Əldə olunan pay o qədər böyük idi ki, 2010-cu illərdə Əsabil Qasımov un bazarının monopolisti kimi tanınırdı. Azərbaycan bazarında mövqelərini möhkəmləndirən Əsabil Qasımov sonradan xaricdə də iri layihələrə girişdi. Onun adının hallandığı ən tanınmış layihələrdən biri Rusiyanın Jeleznovodsk şəhərində inşa edilən 500 çarpayılıq “İstoçnik” sanatoriyasıdır. Layihənin dəyəri 2 milyard rubldan artıq qiymətləndirilir. Mediada yayılan məlumatlara əsasən, bu sanatoriyanın maliyyə mənbələri “Karat Holdinq”ə bağlı şirkətlər vasitəsilə təmin olunub. Maraqlıdır ki, layihənin açılışında Rusiya region rəhbərləri iştirak edib, amma Azərbaycanın heç bir rəsmi qurumu bu investisiyanın mənbəyi barədə açıqlama verməyib. Bundan başqa, Qazaxıstanın Kostanay vilayətində yerləşən “Carkulskiy Elevator” adlı böyük taxıl kombinatının səhmdarları arasında da Əsabil Qasımovun şirkətləri göstərilir. Bu obyekt gün ərzində 6 min tonadək taxıl qəbul və təmizləmə gücünə malikdir. Yəni Əsabil Qasımovun biznesi artıq regional səviyyədə fəaliyyət göstərirdi. Onun biznes uğurları parlament kürsüsü ilə paralel gedirdi. Deputat olduğu dövrdə dövlətin kənd təsərrüfatı və ərzaq proqramları üzrə komitələrdə təmsil olunurdu. Mətbuatda o zamanlar tez-tez deputat statusunda olan bir şəxsin bu qədər iri iqtisadi fəaliyyətlə məşğul olmasının qanunvericiliyə zidd olması haqda məlumatlar səslənirdi. Amma Əsabil Qasımov uzun illər bu cür iddiaları nə təkzib etdi, nə izah verdi. Buna baxmayaraq, onun biznesi artmaqda davam etdi. 2010-cu illərin sonuna qədər “Karat Holdinq” təkcə Azərbaycanda deyil, Rusiyada və Qazaxıstanda da filiallar açmış, daşınmaz əmlak və qida sənayesinə sərmayələr yönəltmişdi. Son illərdə isə Əsabil Qasımovun adının medianın gündəmindən tədricən çəkildiyi müşahidə olunur. Bəzi məlumatlara görə, onun bir sıra şirkətləri ləğv olunub və ya başqa şəxslərin adına keçirilib. 2022-ci ildən etibarən “Karat Holdinq”in bir sıra törəmə şirkətləri kommersiya reyestrindən çıxarılıb. Bəzi mənbələr bunu xaricə yönələn sərmayə axını ilə izah edir. Əsabil Qasımovun “imperiyası”nın iqtisadi dayaqları Rusiyada və Qazaxıstanda fəaliyyətini davam etdirir. Onun kimi fiqurların fəaliyyəti göstərir ki, iqtisadi güc toparlanması çox zaman siyasi mandatdan doğur və bu gücün sərhədi genişləndikcə, siyasi hakimiyyət pillələrinin zirvəsinə uzanan yolun davamiyyətini son zərurət kimi ortaya çıxır. Mənbələrin iddiasına görə, Mehdiyev komandası 2010-cu illərin sonlarından etibarən ölkədə güc mərkəzlərinin dəyişəcəyini nəzərə alaraq, “qoruyucu iqtisadi baza”nı məhz Rusiyada formalaşdırmağa başlayıb. Bu illər ərzində Azərbaycan büdcəsindən çıxan külli miqdarda vəsaitlər müxtəlif tender və investisiya mexanizmləri ilə Rusiyaya daşınıb. İddialara əsasən, həmin pulların bir hissəsi Moskva və Sankt-Peterburqda tikinti, enerji və logistika sektoruna yönəldilib. Burada başlıca fiqurlar kimi Oqtay Əsədovun yaxın ailə üzvləri, həmçinin Əsabil Qasımovun biznes tərəfdaşları göstərilir. Bu fəaliyyətlərin bir hissəsinin “Azərsu” ASC dövründə formalaşan infrastruktur və əlaqələr üzərindən reallaşdırıldığı bildirilir. Yəni dövlət sifarişləri ilə əldə olunan milyonlar offşor şirkətlər vasitəsilə Moskvaya ötürülüb, orada “leqallaşdırılıb”, daha sonra Rusiya vətəndaşlarının adına qeydiyyatdan keçən şirkətlərə yatırılıb. Rusiya mediasında və kommersiya reyestrlərində Oqtay Əsədovun ailəsinə məxsus olduğu ehtimal edilən bir neçə şirkətin izləri görünür. Söhbət tikinti, enerji daşıyıcılarının logistikası və “infrastruktur konsaltinqi” sahəsində fəaliyyət göstərən hüquqi şəxslərdən gedir.

Azərbaycan ictimai rəyində uzun müddətdir səslənən bu iddialar indiyədək nə təkzib, nə də izah olunub. Halbuki, Mehdiyevin siyasi dairəsində “ikinci fiqur” kimi təqdim edilən bir şəxsin Moskvadakı biznes dayaqları indi tamamilə yeni kontekstdə siyasi layihə kimi dəyərləndirilir.
İctimailəşən “Dövlət Şurası” adlı alternativ idarəetmə modeli haqda sənədlərin tapılması da bu versiyanı gücləndirir. Bu strukturda Oktay Əsədovun “ikinci ən önəmli şəxs” kimi göstərilməsi təsadüfi görünmür. Keçmiş deputat və iş adamı Əsabil Qasımovun adı da eyni müstəvidə çəkilir. Onun Rusiyada və digər MDB ölkələrində çoxşaxəli biznes imperiyası qurduğu, xüsusilə neft məhsulları və daşımalar sahəsində milyonlarla dollar dövriyyəyə malik olduğu bildirilir. Əldə edilən sənədlərə əsasən, 2016-2020-ci illərdə Qasımovun adı keçən bir neçə şirkətin vasitəsilə Rusiya, Kipr və BƏƏ istiqamətində iri həcmli transferlər həyata keçirilib.
Bu fiqurların birləşdiyi nöqtə təkcə biznes maraqları deyil. Müşahidəçilərin fikrincə, Mehdiyev və onun ətrafı maliyyə resurslarını siyasi təsir alətinə çevirmək niyyətində olublar. Əsas götürülən versiyaya görə, “Dövlət Şurası” ideyası məhz bu model üzərində qurulub – pullar Moskvada yuyulub, siyasi layihənin gerçəkləşməsi Bakıda planlaşdırılıb! Yəni cinayət yolu ilə əldə edilən milyonlar yalnız varlanmaq məqsədi daşımayıb, hakimiyyətə qayıdışın maliyyə təminatı kimi düşünülüb. Hazırda nə Oqtay Əsədov, nə də Əsabil Qasımov bu iddialarla bağlı ictimai açıqlama verməyib. Hüquq-mühafizə orqanları da məsələni şərh etmir. Lakin Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin tam susqunluğu, onun vəkillərinin isə heç bir açıqlama yaymaması fonunda prosesin real və dərin olduğu ehtimalı güclənir. Mənbələr bildirir ki, bayram tətillərindən sonra istintaqın yeni mərhələyə keçəcəyi və Moskvaya uzanan bu şəbəkə ilə bağlı sensasiyalı həbslərin istisna edilmədiyi söylənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:357
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri