Aktyor və xanımını qətlə yetirən şəxsə HÖKM OXUNDU
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, müttəhim ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabrın 22-də Bakının Nəsimi rayonunda baş verib.
İttihama görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham olunub.
Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















