Akula 14 yaşlı oğlanın qolunu qopardı
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kolumbiyada akula 14 yaşlı oğlanın bir qolunu qoparıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Santa-Krus-del-İslot adasındakı akvariumda baş verib.
Akvariumda akulalarla birgə üzmək hər müştəriyə 10 min pesoya (təxmini 4200 manat) başa gəlirmiş. Üstəlik, onlara akulaların dişlərinin çıxarıldığı və təhlükəli olmadıqları barədə zəmanət verilirmiş. Bu üzdən heç nədən çəkinməyən müştərilər vəhşilərlə bir yerdə rahat üzürmüşlər. Sözügedən hadisə baş verdikdən sonra təşkilatçıların müştəriləri aldatdıqları və onların həyatını təhlükəyə atdıqları məlum olub.
Uşağa gəlincə, o, akulanın hücumundan sonra əlindən ağır dişlək yarası alaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etsələr də, qolu amputasiya olunub.
Qeyd edək ki, ilkin araşdırmalardan sonra akvariumda qanunsuz şəkildə 14 akulanln saxlandığı bəlli olub.
L Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















