Sərnişin təyyarəsi quşla toqquşduqdan sonra təcili eniş edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
“EasyJet” sərnişin təyyarəsi quşla toqquşduqdan sonra Avropada təcili eniş edib.
AZƏRTAC “BBC News”-a istinadla xəbər verir ki, təyyarə noyabrın 18-də yerli vaxtla təxminən saat 09:24-də İngiltərənin Bristol hava limanından Şotlandiyanın Edinburq şəhərinə yola düşüb, lakin saat 10:00-dan qısa müddət sonra hava limanına qayıdıb.
Aviaşirkətin sözçüsü hadisə nəticəsində heç kimin xəsarət almadığını və təyyarənin Bristolda təhlükəsiz şəkildə eniş etdiyini bildirib. Əlavə edilib ki, standart prosedurlara uyğun olaraq təcili yardım xidmətləri təyyarəni ehtiyat tədbiri olaraq qarşılayıb. Sərnişinlərin Edinburqa uçuşlarını davam etdirməsi üçün ehtiyat təyyarə hazırlanıb.
Baxış sayı:68
Bu xəbər 19 Noyabr 2026 03:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















