Albaniya çempionu olan futbolçumuz: Heç kim mənə inanmayanda, sən mənə güvənib...
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Mövsüm boyunca komanda olaraq bu an üçün çox çalışdıq". Sport24.az xəbər verir ki, bunu "Eqnatiya" ilə Albaniya çempionu olan Zamiq Əliyev sosial şəbəkə hesabında yazıb.
24 yaşlı müdafiəçi məqsədlərinə çatdığını bildirib:
"Titulumuzu qoruya bildik və Albaniyanın ən güclü komandası olduğumuzu bir daha göstərdik. Bütün azarkeşlərimizə, komandaya, məşqçilər korpusuna, klub rəhbərliyinə və burada çalışan hər kəsə təşəkkür edirəm".
"Sonda, mənə inanan və hər zaman dəstək olan ailəmə dərin təşəkkürümü bildirirəm. Legioner həyatı yaşadığım ilk mövsümümü 2 kubokla (3 də ola bilərdi — kubokun finalında uduzmağımız çox pis idi), çempionluq və Superkubokla başa vurmaq mənim üçün çox gözəl bir hiss idi. Azərbaycan bayrağını başqa bir ölkədə dalğalandırmaq mənə möhtəşəm duyğular yaşatdı.
Yığma üzvü son olaraq agenti Emrah Akçaya təşəkkür edib:
"Təbii ki, bu yerdə olmağımda əsas pay sahibi sənsən. Heç kim mənə inanmayanda, sən mənə güvənib ölkə xaricinə çıxmağıma kömək etdin. Sən olmasaydın, bunların heç biri baş verməzdi. İnşallah, birlikdə daha böyük uğurlar qazanarıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















