Albaniyalı akademik: Azərbaycan multikulturalizmin təşviqi sahəsində qlobal miqyasda nümunəvi mövqeyə malikdir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 dekabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycan bu gün multikulturalizm və dinlərarası birgə yaşayışın təşviqi sahəsində həm regionda, həm də qlobal miqyasda nümunəvi mövqeyə malikdir. Bu uğur Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl strateji baxışının məntiqi nəticəsidir. Məhz bu liderlik sayəsində Azərbaycan müasir mədəni diplomatiyanın aparıcı rol oynayan ölkələrdən birinə çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü, akademik Arben Ramkaj deyib.
O qeyd edib ki, müsəlman, xristian və yəhudi icmalarının sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşaması Azərbaycanda əsrlər boyu formalaşmış tarixi ənənədir: “Bu model bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və sistemli şəkildə inkişaf etdirilir. Dini və mədəni irs abidələrinin bərpasına, dini icmaların institusional gücləndirilməsinə, mədəniyyətlərarası dialoqun təşviqinə və tolerantlıq mövzusunda qlobal platformaların yaradılmasına dövlət tərəfindən məqsədyönlü və davamlı investisiyalar həyata keçirilir. Nəticə etibarilə, Azərbaycan müxtəlifliyin qarşıdurma deyil, əksinə qarşılıqlı anlaşma və sülh üçün güclü vasitə ola biləcəyini sübut edən ilhamverici beynəlxalq model kimi qəbul olunur”.
Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















