Icma.az
close
up
RU
Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son on iki il ərzində qlobal enerji bazarının müxtəlif böhranlar, siyasi gərginliklər və iqtisadi çətinliklərlə üzləşdiyi inkarolunmaz faktdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan və tərəfdaşları Avropanın enerji təhlükəsizliyini real təminat mexanizminə çevirə bildilər.

Axar.az xəbər verir ki, bunu deputat Kamaləddin Qafarov deyib.

O, bildirib ki, martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları da bütün mürəkkəb geosiyasi reallıqlara rəğmən, ötən dövr ərzində formalaşmış dayanıqlı əməkdaşlıq modelini bir daha nümayiş etdirdi:

“Cənab Prezident İlham Əliyev tədbirdə etdiyi çıxışında son on iki ilin təcrübəsinə nəzər salaraq bildirdi ki, çətinliklərə baxmayaraq, bir sıra ölkələrin enerji təminatı artıq gündəlik həyatın sabit elementinə çevrilib. Bu fikir göstərir ki, layihə yalnız kommersiya deyil, sosial sabitlik amilidir. Enerji çatışmazlığı yaşayan ölkələr üçün davamlı təchizat iqtisadi artımın və ictimai rifahın əsas şərtidir".

K.Qafarov Prezident İlham Əliyevin yaşıl enerji gündəliyi ilə bağlı səsləndirdiyi fikirlərin önəmini xüsusi qeyd edib:

“Dövlət başçımızın qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda prinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanın iştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerji münasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhuna əsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və mövcud infrastruktur artan tələbat fonunda genişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeni interkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdə layihənin əhatə dairəsini daha da genişləndirə bilər. Bununla yanaşı, enerji siyasətində yaşıl gündəliyin ön plana çıxması xüsusi diqqət çəkir. Cənab Prezident xüsusi olaraq belə bir mühüm məqamı da diqqət mərkəzinə çəkdi ki, regionun indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir. Layihənin ACWA Power tərəfindən maliyyələşdirilməsi və icrası isə beynəlxalq investorların ölkəyə olan etimadının göstəricisidir. Bu, ənənəvi enerji ixracatçısı olan Azərbaycanın paralel olaraq bərpaolunan enerji mərkəzinə çevrilmək niyyətini ortaya qoyur. Təbii ki, strateji baxımdan mühüm məqamlardan biri də ABŞ ilə münasibətlər kontekstində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının praktik nəticələridir. Bu sənəd enerji ilə yanaşı süni intellekt, nəqliyyat bağlılığı və digər sahələri əhatə etməklə əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlham Əliyev məhz bu çərçivədə reallaşan layihələrin artıq konkret nəticələr verdiyini də diqqətə çatdırdı. Beləliklə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları paralel inkişaf edən iki istiqaməti təcəssüm etdirir. Bunlardan biri ənənəvi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, digəri dayanıqlı enerji keçidinin sürətləndirilməsidir. Azərbaycan isə hər iki sahədə təşəbbüskar rolunu qoruyaraq regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri