Aldadıldığını anlamadı, “Adolf”la söhbəti gündəm oldu Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi rus komediyaçılarının qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, qarşısındakı şəxs Adolf Hitler kimi davransa da, Pəhləvi bunun zarafat olduğunu anlamayıb və İranın gələcəyi ilə bağlı ciddi müzakirə aparıb.
Komediyaçılar özlərini Almaniya Kansleri Fridrix Mertsin müşavirləri kimi təqdim edərək, Almaniyanın İrana qarşı hərbi hücuma hazırlaşdığını bildiriblər.
Onlardan biri özünü “Adolf” kimi təqdim edib, Hitler kimi saxta bığ taxsa da, Pəhləvi bunun zarafat olduğunu başa düşməyib və görüşü davam etdirib.
Pəhləvi komediyaçıların “Səlib yürüşü” adlandırdığı İrana qarşı əməliyyatı alqışladığını bildirib. O, digər Avropa ölkələrinin də İrana qarşı daha aqressiv siyasət yürütməli olduğunu qeyd edib.
Pəhləvi rejimin süqutundan sonra yaranan boşluğu doldurmağa hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 06 Mart 2026 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















