Aleksandar Vuçiç ilə Donald Tramp arasında telefon danışığı olub
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Serbiya Prezidenti Aleksandar Vuçiç və Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç telefon danışığı zamanı Donald Trampın rəhbərliyi ilə ABŞ-la daha güclü tərəfdaşlığa inandığını vurğulayıb və xoş arzularını ifadə edib.
Serbiya Prezidenti qarşıdakı dövrdə Donald Trampla iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da yaxşılaşdırılmasını müzakirə edəcəyinə inandığını vurğulayıb. Deyib ki, Serbiya ABŞ ilə əməkdaşlığa sadiqdir.
Aleksandar Vuçiç telefon danışığında Donald Trampın Serbiyaya səfərə gələcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, bütün Avropada onun prezident seçilməsinə ən çox dəstək verən ölkə Serbiya olub.
Prezident Donald Tramp Serbiya vətəndaşlarından, serb xalqından aldığı böyük dəstəyə görə təşəkkür edib.
Baxış sayı:128
Bu xəbər 11 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















