Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 noyabr, AZƏRTAC
Fransanın bir neçə şəhərində polislə etirazçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı 60 nümayişçi yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldıqları barədə hələlik ətraflı məlumat verilmir.
Qəzetin istinad etdiyi sənədlərə əsasən, toqquşmalarda 18 polisin yaralandığı bildirilir. Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı da bildirilir.
Şənbə günü ölkə boyu yenidən alovlanan etiraz aksiyalarında gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, təxminən 500 min nəfər qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Noyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















