Aleksandar Vuçiç: Serbiyanın Aİ yə üzvlüyü əsas məqsədimizdir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belqrad, 13 may, AZƏRTAC
Serbiyanın Avropa İttifaqına (Aİ) üzv olması bizim əsas məqsədimizdir.
AZƏRTAC xəbər verir ki, bunu ölkəsində səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşdən sonra mətbuata açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Həm bugünkü Serbiya, həm də sabahkı Serbiya Avropa yolunda, Aİ üzvlüyündə görünür. Serbiyanın Avropa yolu heç vaxt şübhə altına alınmayıb. Avropadakı Serbiya bizim yolumuz, məqsədimiz və siyasi iradəmizdir”, - deyə Aleksandar Vuçiç bildirib.
Serbiya Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdə ölkəsi üçün bütün vacib məsələlərin müzakirə edildiyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















