Aİ Ukraynaya 45 milyardlıq kredit ayırmaq istəyir
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2027-ci il üçün nəzərdə tutulan kreditin verilməsində Avropa İttifaqının bütün 27 üzv dövlətinin iştirak edəcəyinə ümid etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bütün üzv ölkələr Kiyevə yeni maliyyə dəstəyinə qoşulmalıdır. Ukrayna ordusunun maliyyələşdirilməsində iştirak etmək istəməyən dövlətlər isə kreditin mülki ehtiyaclara ayrılan hissəsinin maliyyələşdirilməsinə töhfə verə bilərlər.
Fon der Lyayen bunu ortaq büdcə və ortaq məsuliyyət prinsipi ilə izah edib. O, bütün üzv dövlətlərin Ukraynanı açıq şəkildə dəstəklədiyini vurğulayaraq razılığın əldə olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, noyabrın 18-də Avropa Komissiyası Ukraynaya 2027-ci il üçün 45 milyard avro məbləğində yeni kredit ayrılmasını təklif edib. Noyabrın 10-da isə “Bloomberg” Avropa Komissiyasının və bəzi üzv dövlətlərin bu təşəbbüsə bütün Aİ ölkələrinin dəstəyini qazanmaq üçün səylərini artırdığını yazıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















