Alen Simonyandan Azərbaycanla bağlı yeni açıqlama KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan Azərbaycan, Türkiyə ilə əməkdaşlığı davam etdirməyin tərfdarıdır.
KONKRET.az-ın Modern.az-a istinadən məlumatına görə, Təhlükəsizlik Şurasının katibi postundakı prioritetlərindən danışan Simonyan 24news.am saytına müsahibəsində bildirib ki, o, Ermənistanın qonşu dövlətlər, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafı istiqamətində işləri davam etdirmək niyyətindədir.
“Mən demişəm ki, açıq olacağam, amma elə məqamlar var ki, onlar haqqında hələlik ictimai şəkildə danışa bilmərəm. Təbii ki, bütün qonşu ölkələr – Azərbaycan, Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Bu istiqamətlərdə işlər davam etdiriləcək və düşünürəm ki, yaxın gələcəkdə bunu görəcəyik”, – deyə o qeyd edib
Alen Simonyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırılmasını qiymətləndirməyi düzgün hesab etməyib, eyni zamanda onun dövlət xidmətinə qayıdacağını gözlədiyini vurğulayıb.
Qriqoryanın vəzifəsindən azad edilməsi barədə son anda xəbərdar edilməsinin düzgün olub-olmaması sualını cavablandıran Simonyan baş verənlərə qiymət verməkdən imtina edib:
“Mən belə qiymətləndirmələr verə bilmərəm və bunun düzgün, ya səhv olduğunu heç cür şərh etməyi düzgün hesab etmirəm. Bu, işdir”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Avqust 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















