Icma.az
close
up
RU
Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi artan rolunu xarakterizə edən araşdırma dərc edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidovun müəllifi olduğu araşdırmada Azərbaycanın regional və qlobal siyasətə təsirləri “orta güc” konsepsiyası çərçivəsində təhlil olunur.

Müəllif Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də keçirilən müşavirədə səsləndirdiyi fikirlərə istinad edərək bildirib ki, dövlət başçısının bəyanatı Azərbaycanın orta güc kimi meydana çıxmasının faktiki və konseptual əsaslarının araşdırılmasının vacibliyini bir daha gündəmə gətirir.

Qeyd olunur ki, sözügedən mövzu BMTM-in fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Mərkəz tərəfindən bu istiqamətdə müxtəlif təhlillər hazırlanaraq ictimaiyyətə təqdim olunub. Həmçinin BMTM-in “Caucasus Strategic Perspectives” jurnalının 2024-cü il qış buraxılışı da məhz bu mövzuya həsr edilib.

Araşdırmada orta güc konsepsiyasına dair elmi-nəzəri yanaşmalar nəzərdən keçirilərək onun ümumiləşdirilmiş tərifi təqdim olunur. Bildirilir ki, ənənəvi yanaşmalarda orta güclər əsasən ərazi ölçüsü, əhali sayı, iqtisadi və hərbi imkanlar kimi maddi göstəricilər əsasında müəyyən edilirdisə, müasir yanaşmalarda beynəlxalq fəallıq, çoxtərəfli institutlarda iştirak, münaqişələrin həlli və mübahisələrin tənzimlənməsi proseslərində rol almaq, geostrateji mövqe və diplomatik nüfuz kimi amillərə daha çox önəm verilir.

Müəllif vurğulayır ki, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu ölkənin bu kateqoriyaya aid edilməsini əsaslandıran mühüm göstəricilər formalaşdırıb.

Təhlildə qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar ölkənin regional liderlik imkanlarını daha da genişləndirib. Azərbaycanın sülh gündəliyinin təşviqi, Ermənistanla normallaşma prosesində iştirakı və regional əməkdaşlıq təşəbbüsləri ölkənin diplomatik nüfuzunun güclənməsinə xidmət edən əsas amillər kimi qiymətləndirilir. Sultan Zahidov bildirir ki, Azərbaycanın beynəlxalq dialoq və vasitəçilik platforması kimi çıxış etməsi onun orta güc xüsusiyyətlərini daha da möhkəmləndirir. Müxtəlif dövrlərdə NATO və Rusiya nümayəndələri arasında görüşlərə, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş təmaslara ev sahibliyi etməsi Azərbaycanın etibarlı və neytral tərəfdaş imicini gücləndirən mühüm amillər sırasındadır.

Araşdırmada vurğulanır ki, Azərbaycanın artan beynəlxalq fəallığı, çoxtərəfli diplomatiyada oynadığı rol, regional sabitliyin təmin olunmasına verdiyi töhfələr və qlobal əməkdaşlıq təşəbbüslərində iştirakı ölkənin orta güc statusunun daha da möhkəmlənməsinə şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri