Icma.az
close
up
RU
Alen Simonyanın Azərbaycan səfərindən GÖZLƏNTİLƏR

Alen Simonyanın Azərbaycan səfərindən GÖZLƏNTİLƏR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə isə onun Azərbaycana gəlməsi gözlənilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, şübhəsiz, Alen Simonyanın Azərbaycana səfəri iki ölkə arasında sülh prosesinin inkişafına xidmət edə, müəyyən təkan verə bilər:

"Alen Simonyanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edə bilər. Ancaq böyük sülhdən danışırıqsa, Ermənistan öz üzərinə düşən əsas məsələni həll etməli, yəni referendum keçirib konstitusiya dəyişikliyi etməlidir. Yalnız bundan sonra dayanıqlı sülhdən danışmaq olar. Simonyanın səfəri ərəfəsində iki tərəfli münasibətlər, sərhədlərin delimitasiyasından tutmuş, iqtisadi layihələrin icrasına,  Azərbaycan vasitəsilə Ermənistana yüklərin göndərilməsi, yəni tranzit yollar kimi qarşılıqlı maraq doğuran müəyyən məsələlər müzakirə oluna bilər. Ancaq bütövlükdə sülh müqaviləsinin imzalanması məsələsində Ermənistan çaşqın vəziyyətdədir. Ermənistan xarici siyasətdə birqütblü, Rusiyayönümlü siyasət aparırdı, ancaq indi sanki seçim qarşısındadır. Ermənistana Avropa İttifaqından təzyiqlər edilir, digər tərəfdən də Rusiyadan gələn təzyiqlərlə üzləşirlər. Bu baxımdan Ermənistan  Azərbaycanın apardığı balanslaşdırılmış, çoxvektorlu siyasətə uyğun davransın. Ancaq Ermənistanda hiss olunur ki, alınmır. Çünki  hakimiyyət daxilində də müəyyən ziddiyyət və qarşıdurmalar var".

   

Nəsib Məhəməliyevin fikrincə, Alen Simonyan - Hikmət Hacıyev görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, eyni zamanda humanitar əməkdaşlıq üzrə konkret razılaşmaların əldə olunması gözlənilir:

"Birinci Qarabağ Müharibəsi ərəfəsində 4000-ə yaxın soydaşımız itkin düşüb. Bu məsələnin müzakirəsi təbii ki, gözlənilir. İndiki vəziyyətdə, eyni zamanda minalardan çirklənmiş ərazilərin də xəritələrində dəyişiklik ola bilər. Yəni bu mümkündür. Müzakirələr ərəfəsində bu məsələlər üzə çıxa bilər və Ermənistandan asılıdır".

"Sülh Körpüsü"nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov isə qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan münasibətləri bir neçə istiqamətdə inkişaf edir:

"Ən başlıca istiqamət liderlərin dialoqudur. Liderlərin dialoqu mütəmadi olaraq il ərzində bir neçə dəfə keçirilir. Görüşlər zamanı bütün istiqamətlər müzakirə edilir və müvafiq tapşırıqlar verilir".

F.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan - Ermənistan münasibətləri bir neçə istiqamət üzrə paralel şəkildə inkişaf edir:

"Bu çərçivədə xarici işlər nazirlikləri arasında təmaslar, sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın fəaliyyəti, xüsusi xidmət orqanları arasında əlaqələr, elektrik enerjisi sahəsində əməkdaşlıq, TRIPP layihəsi ilə bağlı ABŞ-nin iştirakı ilə üçtərəfli müzakirələr davam edir. Dublin görüşündən sonra isə ekoloji vəziyyət və çay sularının idarə olunması məsələləri üzrə ikitərəfli komissiyanın fəaliyyəti də gündəmə gəlib. Bütün bu istiqamətlərdə işin əlaqələndirilməsi, eyni zamanda gündəlikdə duran humanitar məsələlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətlər üzrə koordinasiya Hikmət Hacıyev – Alen Simonyan təmasları çərçivəsində həyata keçirilir. Görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin müxtəlif sahələrində mövcud vəziyyət, qarşıya çıxan problemlər və maneələr müzakirə olunur. Eyni zamanda, humanitar məsələlərlə bağlı tərəflərin gözləntiləri və bu istiqamətdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri