Icma.az
close
up
RU
Alen Simonyanın “vurulmasında” Moskva izi

Alen Simonyanın “vurulmasında” Moskva izi

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ermənistanda parlament seçkilərindən sonra başlanan vəzifə bölgüsü bir sıra gözlənilməzliklərlə müşayiət olunur.

Bu gözlənilməzlik, xüsusən də baş nazir Nikol Paşinyan və hakim Mülki Müqavilə Partiyasının ən nüfuzlu kadrlarından sayılan, əvvəlki parlamentin spikeri Alen Simonyanın yenidən həmin posta namizədliyini irəli sürməməsi ilə bağlıdır. Belə ki, hakim partiyadan seçilən deputatların əksəriyyəti parlament sədri postuna Alen Simonyanın müavini Ruben Rubinyanı uyğun görüblər.

Alen Simonyan isə deputat mandatından imtina edəcəyi, ancaq siyasi fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasında davam etdirəcəyini bildirib.

Görəsən, Alen Simonyan niyə “vurulur”?

Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, A.Simonyan ətrafında baş verənlər hələlik müəmmalı xarakter daşıyır:

“O, həm parlament sədri, həm də siyasətçi kimi baş nazir Paşinyanın ən yaxın silahdaşları arasında ön planda yer alırdı. Hətta o, seçki kampaniyası dövründə Paşinyanla bir yerdə bir sıra piar kampaniyalarında, regionlara səfərlərdə iştirak edib. Yəni çox yaxın münasibətdə idilər. Ancaq son zamanlar bu iki siyasətçi arasında müəyyən ziddiyyətlərin meydana çıxdığı iddia olunur”.

Müsahibimiz ehtimal edir ki, Simonyan öz siyasi xəttini yürüdə və Ermənistanda Qərbə yönəlik siyasi düşərgənin ehtiyat variantı kimi də qala bilər:

“Bəzi ehtimallara görə Alen Simonyan Prezident postuna gətiriləcək. Ancaq son məlumatlara görə o, özü bu postu tutmaqda maraqlı deyil. Digər iddialara görə isə Simonyan ona ayrılan siyasi roldan narazı qalaraq, Paşinyanın komandasından kənara çəkilir”.

Ekspert Simonyanın kənarlaşdırılmasında Rusiya amilini də istisna etmədi:

"Onun vurulmasında variantlardan biri kimi Rusiyanın əlinin olduğu da iddia edilir. Hazırda Ermənistanla Rusiya arasında gərgin qarşıdurma mühiti hökm sürür. Paşinyan münasibətləri yumşaltmaq üçün Rusiya Prezidenti Putinlə görüşə can atır. Kreml isə hələlik bu görüşə razılıq verməyib. Hətta Moskva Ermənistandakı seçkilərin legitimliyini də hələ tanımır. Bu əsasda ola bilsin Alen Simonyanın qurban verilməsi Putinin Paşinyanla görüşə razılıq verməsi və münasibətlərin yumşaldılmasına gedilməsinə nail olmaqla bağlıdır. Yəqin ki, Kreml Simonyanla bağlı belə bir tələb irəli sürüb. Alen Simonyan Paşinyanla müqayisədə Rusiyaya qarşı daha aqressiv sərt olması ilə seçilir. Bu əsasda Putinlə görüşə razılıq verilməsi əvəzində ola bilsin Kreml Alen Simonyanın hakimiyyət komandasından kənarda saxlanılması tələbini irəli sürüb. Güman ki, yaxın günlərdə baş verənlərin səbəbləri tədricən aydınlaşmağa başlayacaq”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri