Icma.az
close
up
RU
“Alğı satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib

“Alğı satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirmiş, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi. Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-ın nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub.

Bu barədə Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. 

Politoloq qeyd edib ki, ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb:

"Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verlməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursulla fon der Lyayen fevrlın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib. Halbuki, Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarıt müharibəsindən faydalanmaq istəyir.

Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək. Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. Onun çinli həmkarı Si Cinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. Aydındır ki, Tramp Cinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. Məhz buna görə ABŞ-ın Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. Bununla yanaşı Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-da insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub".

Elxan Şahinoğlu söyləyib ki, Latın Amerikası ölkələrinə nüfuz etməsinin qarşısını almağa çalışır:

"Ağ Ev Donald Trampın bir qərarı da beynəlxalq aləmdə geniş müzakirə olunur. Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır. Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb. Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd edib. 2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki, Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dır. 

Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrinə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri