Icma.az
close
up
RU
Ali Məhkəmədən varislərlə bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən varislərlə bağlı MÜHÜM QƏRAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib. 

"Cebheinfo.az" xəbər verir ki, işin hallarına görə, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20.250 manat ödənilməmiş qalıb. 

Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.

Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.

Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər.

Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.

Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. 

Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. 

Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.

Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. 

Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.

Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Aprel 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri