ABŞ da aralıq seçkilərdə 50 milyondan çox seçici vaxtından əvvəl səs verib
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilərdə indiyədək 50 milyondan çox seçici vaxtından əvvəl səs verib.
Bizim.Media xəbər verir ki, Florida Universitetinin hesablamaları əsasında şənbə gününə olan məlumata görə, erkən səsvermədə iştirak edənlərin sayı 50,5 milyona çatıb.
Bu, 2022-ci ildə keçirilmiş aralıq seçkilərlə müqayisədə təxminən 5 milyon nəfər çoxdur.
Erkən səsvermədə iştirakın artımı xüsusilə ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən Texas, Alyaska və Kanzas ştatlarında müşahidə olunur. Bu il həmin ştatlarda partiyalar arasında seçici səsləri uğrunda gərgin mübarizə gedir.
Belə ki, Texasda vaxtından əvvəl səs verənlərin sayı artıq 7 milyonu ötüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon nəfər çoxdur. Kanzasda erkən səsvermənin göstəricisi 34 faiz, Mendə 44 faiz, Miçiqanda isə 32 faiz artıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp da vaxtından əvvəl səs veriblər.
Qeyd edək ki, Tramp daha əvvəl seçki günü şəxsən səs verməyə üstünlük verdiyini bildirmişdi.
Əsas səsvermə noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın üçdəbir hissəsi seçiləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 01 Noyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















