Icma.az
close
up
RU
Azərbaycanda ali təhsil 3 ilə enə bilər Ekspert

Azərbaycanda ali təhsil 3 ilə enə bilər Ekspert

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Gürcüstanda tam ali təhsilin müddəti bəzi ixtisaslar istisna olmaqla, 6 ildən 4 ilədək azaldılacaq. Yəni 3 il bakalavr, 1 il isə magistr pilləsi olacaq. Bəs Azərbaycanda da təhsil müddəti azaldıla bilər?

Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda dünyanın bir çox ölkələrində ali təhsil müddətinin azaldılması istiqamətində addımlar atılır:

"Artıq XXI əsr - süni intellekt, yüksək texnologiyalar dövründə təhsilin mobilləşməsi, praktiki yönünün, həyati tətbiq meyillərinin daha da artırılması təxirəsalınmaz proses kimi qəbul olunur. Qardaş Türkiyədə də təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi məsələsi gündəmdədir. Təbii ki, dövr əz şərtlərini, tələblərini əksər sahələrə də diktə edir və bu sahələrin də başında təhsil gəlir. İndiki təhsil özünün mahiyyət və funksiyasına görə nəzəri müddəaların çoxluğuna, ifrat zaman itkisinə yol verməyi heç xoşlamır. Odur ki, ali təhsil seqmentində nəzəri müddəaları azaltmaq, tələbələri tək auditoriyalarda deyil, həm də elmi tədqiqat subyektləri, istehsalat müəssisələri, laboratoriyalarda aktivliklərini artırmaqdan ötrü bu cür mobilləşdirilmiş proqrama ciddi ehtiyac var. Bu təbii ki, bizim universitetlərə də aiddir".

E.Nurinin sözlərinə görə ,təhsil müddətinin azaldılması gec-tez yerli ali təhsil müəssisələrimizdə də həyata keçəcək. Amma burada diqqətdə saxlamalı olduğumuz bir neçə zəruri məsələ var:

"Birincisi tədris müddətinin azaldılmasının ixtisaslara görə dəyələrləndirilməsidir. Təbii ki, mühəndislik, İT, texnologiya, ən çoxu da tibb profilli ixtisaslarda tədris müddətinin 5 ildən 4 ilə, yaxud, 4 ildən 3 ilə salınması mümkün deyil. Çünki bu profilli ixtisasların həm nəzəri, həm də praktiki-istehsalat, həm də tədqiqat meyarları çox zəngindir. Biz bu ixtisaslarda ümumi tədris müddətini qətiyyən 3 ilə sala bilmərik. Ən yaxşı halda, xaricdə də tətbiq olunan “3+2” və ya “3+1” kimi modellərdən istifadə edə bilərik. Bu o deməkdir ki, tələbə universitetdə, auditoriyada maksimum 3 il olur. İxtisasla bağlı nəzəri bilgiləndirmə, müəyyən hazırlıq peryodunu mənimsəməyə çalışır. 3 ilin tamamında isə o, tələbəliklə vidalaşmır, lakin bir daha universitetə ayaq döymür. Çünki onun təhsilinin auditoriya mərhələsi artıq geridə qalıb. O düsturun ikinci hissəsinə, yəni “+1”-ə keçid alaraq ali təhsilini sırf istehsalatda və sırf praktiki mexanizmlər əsasında davam etdirməlidir. Çox istərdim ki, bizdə də təhsilin 3 ilə salınması mexanizmi məhz bu proqramla həyata keçirilsin. Əks halda, isə biz hər hansı faydalılıqdan danışa bilmərik".

Ekspert əlavə edib ki, hər ixtisasın tədris müddətinin bir il azaldılması şifahi deyildiyi qədər sadə deyil:

"Bu, bütün proqramın ləğv edilib, yenidən hazırlanması – 3 illik müddətə oturdulması deməkdir. Odur ki, biz yaxın gələcəkdə bu işi görə bilsək, yəni 3 illik təhsilə keçə bilsək, onun proqram təminatını mütləq və mütləq şəkildə xüsusi ustalıqla hazırlamalıyıq".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri