Icma.az
close
up
RU
Ali təhsil müəssisələrində elmi mühiti yaratmaq lazımdır Fəlsəfə doktoru

Ali təhsil müəssisələrində elmi mühiti yaratmaq lazımdır Fəlsəfə doktoru

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sosial Tədqiqatlar Mərkəzində aparılan işlərin içərisində bugünkü tədbirin yeri odur ki, çox real bir mənzərəni bütün natiqlər diqqətə çatdırdılar. Xüsusi bir sosial tədqiqat, sorğu aparmadan, mənzərə çılpaqlığı ilə burada artıq diqqətə bir daha çatdırıldı və qulaq asdıqca da məyusluq hissi adamı keçirir".

Redaktor.az xəbər verir ki, bu fikriləri tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı söylədi.

"Respublika prezidentinin çıxışında bir çox məsələlərin vurğulanması həm də bir SOS siqnalı, bir məyusluq yaradır. Cənab prezident orada vurğuladı ki, AMEA-nın 70 illiyində də bir çox məsələləri qeyd eləmişdim. Üzərindən 10 il keçib, bir çox məsələlər bir daha vurğulanıb. Biz müstəqilliyimizin 30 ilini aşan bir cəmiyyətik, dövlətik. Ona görə, təbii ki, elm masa üçün olmamalıdır, akademik çevrə üçün, masada qalmaq üçün olmamalıdır. Elm tətbiqi sahə olmalıdır və prezidentin çıxışı da dövlətin elm sahəsinə sifarişi kimi həm də qiymətləndirilməlidir ki, dövlət öz sifarişlərini verdi. Elm sahələri, istiqamətlər üzrə onu yerinə yetirmək baxımından müəyyən müddətdə bu sifarişləri qəbul elədi".

Tarixçi alim vurğuladı ki, cəmiyyətin də sifarişləri var:

"Məsələ ondadır ki, elə bir vəziyyətə gəlib çatmışıq ki, elmi təsisatlar, institutlar artıq yaşamağa məhkum olmaq üçün bu məsələlərin üzərində ciddi düşünməlidirlər. Əks təqdirdə, onların mövcudiyyəti, fəaliyyəti sual altında olacaq. Çünki qərblə, şərqlə bağlı burada müqayisələr getdi. Əqli mədəniyyət və ruhi mədəniyyəti bir-birindən ayırmaq da düzgün deyil. Tarixdən üzr istəyirəm, tarixə sığınıb qalmaqla heç yerə gedə bilmərik. Tarix sahəsi ilə də bağlı cənab prezident bir çox məsələləri aktual və strateji xəttləri göstərdi. Çünki bu məsələlər milli təhlükəsizlik məsələləridir. Hələ 100 il əvvəl ali savadı yox, heç orta savadı olmayan, amma Qərbin etibar və etimad etdiyi Hacı Zeynalabdin Tağıyev Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyliyə 10 səhifədən artıq bir məktubla müraciət edəndə, dövlətin mövcudluğu ilə bağlı iqtisadi məsələlərə öz tövsiyəsini verəndə belə bir ifadə işlətmişdi ki, siyasi cəhətdən azad olan vətəndaşlar iqtisadi cəhətdən əgər zəifdirsə, tezliklə iqtisadi cəhətdən güclü olan qonşularının qullarına, kölələrinə çevriləcəklər. İndi də biz o vəziyyətlə qarşı-qarşıyayıq və intellektual baxımdan, elmi baxımdan, texnoloji bilgilər baxımından zəif olacaqsaqsa, siyasi azadlığımız artıq zərbə altında ola bilər. Cənab prezidentin də çağırışları bundan irəli gəlirdi. Ona görə mən hesab edirəm ki, ali təhsil müəssisələrində elmi mühit yaratmaq lazımdır".

O qeyd etdi ki, Elm və Təhsil Nazirliyi artıq texniki, yəni praktiki təyinatı olan elm sahələrini özündə birləşdirir:

"Mən düşünürdüm ki, bu sahələri, hansı ki, Elm və Təhsil Nazirliyinin tərkibindədir, həmin elmi-tədqiqat təsisatlarını birbaşa onların aidiyyatı olduğu nazirliklərin strukturları ilə birgə işləməsi daha səmərəli ola bilərdi. Yəni, bu, bunun yolu bundan keçəcək. Arxeologiyanı götürək. Bu, birbaşa zəngin, yəni maliyyə tələb edən bir sahədir, strateji bir sahədir. Etibar müəllimin dediyi kimi, elmi populyarlaşdırmaq lazımdır. Bax, o elmi mühiti orada yetişdirmək lazımdır. Bunun üçün maarifləndirici işlər görmək olar. Amma hansısa bir tək nəfərdən, hansısa fərdlərdən böyük elmi nailiyyətlər gözləmək yalnız kiminsə istedadına bel bağlamaqla dövlətin bu sahədə işləri irəliləməz. Ona görə, ilk növbədə mən hesab edirəm ki, elm-təhsil müəssisələrində, xüsusən ali təhsil müəssisələrində elmi mühiti yaratmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri