Icma.az
close
up
RU
Ali təhsildə dönüş başladı: 6 universitet ilk dəfə top 1000 dədir

Ali təhsildə dönüş başladı: 6 universitet ilk dəfə top 1000 dədir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kamran Əsədov: “Reytinqə daxil olduq, amma orada qalmaq üçün dəyişməliyik” 



Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub. Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır.

“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur. Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın altı universitetinin ilk dəfə olaraq QS 2026 Dünya Universitetləri Reytinqinin TOP 1000 siyahısına daxil olması ölkənin ali təhsil sistemində keyfiyyətə yönəlik ciddi irəliləyişin göstəricisidir: 

“Bu nəticə Azərbaycanı Cənubi Qafqaz regionu üzrə lider mövqeyə çıxararaq, milli universitetlərin beynəlxalq akademik məkanla inteqrasiyasının artıq nəzərəçarpacaq nəticələr verdiyini sübut edir. Bu uğur yalnız statistik nailiyyət deyil, həm də universitet idarəçiliyi, elmi fəaliyyət, beynəlmiləlləşmə və əmək bazarına çıxış kimi sahələrdə sistemli addımların məhsuludur. Lakin bu reytinqə daxil olmaq və orada mövqeyi qorumaq üçün universitetlərin konkret və davamlı üstünlüklərə malik olması zəruridir. QS (Quacquarelli Symonds) reytinqi dünyanın ən nüfuzlu ali təhsil göstəricilərindən biridir və universitetləri altı əsas kriteriya üzrə qiymətləndirir. Bunlardan ən əhəmiyyətlisi — akademik reputasiya (40 faiz) və işəgötürən reputasiyası (15 faiz) universitetin tədris və məzun keyfiyyətini ölçür. Azərbaycan universitetlərinin bu sahədə irəliləyiş əldə etməsi onların artıq beynəlxalq akademik ictimaiyyət tərəfindən tanındığını və məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin artdığını göstərir. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair hesabatına əsasən, ali məktəb məzunlarının 68 faizi ilk bir il ərzində işə düzəlir ki, bu da əvvəlki illərlə müqayisədə 11 faiz artım deməkdir. Bu göstərici birbaşa universitetin işəgötürənlərlə qurduğu əlaqələrin nəticəsidir. “Elm haqqında” Qanunun 20-ci maddəsinə əsasən, ali təhsil müəssisələri elmi fəaliyyətin təşkili və beynəlxalq elmi mübadilə üçün hüquqi statusa malikdirlər. Son illər Azərbaycan universitetləri beynəlxalq tədqiqat layihələrində, ikili diplom proqramlarında və Avropa Komissiyasının Horizon Europe və Erasmus+ proqramlarında iştiraklarını artırıblar. Məsələn, UNEC, ADA, ADNSU və Bakı Ali Neft Məktəbi artıq bir neçə beynəlxalq akademik indeksli jurnallarda məqalələr dərc etdirən tədqiqat qrupları formalaşdırıb”.


K.Əsədovun sözlərinə görə, dünya təcrübəsində yüksək reytinqli universitetlər sadəcə akademik performansa görə deyil, beynəlmiləlləşmə strategiyasına, araşdırma infrastrukturlarına, rəqəmsal transformasiyaya və sosial məsuliyyətə görə də dəyərləndirilir:

 “Sinqapur Milli Universiteti və Cənubi Koreyanın KAIST universiteti kimi ali məktəblər dövlət dəstəyi ilə 10–15 illik transformasiya proqramları həyata keçirərək reytinqlərdə sıçrayış ediblər. Bu təcrübə göstərir ki, uzunmüddətli planlaşdırma və hədəflənmiş dəstək ali təhsildə qlobal uğurun əsas təminatıdır. Müsbət tərəfdən yanaşdıqda, Azərbaycan universitetlərinin bu reytinqə daxil olması ölkəyə beynəlxalq akademik nüfuz qazandırır. Xarici tələbə axını, beynəlxalq elmi əməkdaşlıqlar və təhsil turizmi potensialı artır. 2023-cü ildə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı 7.400 nəfər olub ki, bu da əvvəlki ilə nisbətən 18 faiz artım deməkdir. Bu göstərici, beynəlmiləlləşmənin təkcə reputasiya deyil, həm də iqtisadi dəyər formalaşdırdığını təsdiqləyir. Lakin mənfi tərəf ondan ibarətdir ki, bəzi universitetlər bu reytinqə daxil olmaq məqsədilə formallıq və kampaniya yanaşması ilə prosesə qoşulur, lakin daxili struktur dəyişiklikləri və akademik islahatları lazımi səviyyədə həyata keçirmirlər. Həmçinin, elmi tədqiqatların keyfiyyəti və məqalələrin nüfuzlu jurnallarda dərc olunması sahəsində davamlılıq problemi var. Bəzi hallarda sadəcə məqalə sayı artırılır, lakin onların istinad indeksi və tətbiq dəyəri nəzərə alınmır. Bu isə “kağız üzərində keyfiyyət” görüntüsü yaradır”.


Ekspertin fikrincə, bu reytinq uğuru həm dəyişiklik gətirir, həm də dəyişiklik tələb edir: 

“Nə dəyişəcək: universitetlər daha rəqabətli, beynəlxalq təlim-tədris formatlarına uyğunlaşmış və əmək bazarına çevik reaksiya verən struktura çevriləcəklər. Nə dəyişməlidir: akademik heyətin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fondlarının artırılması, xarici dilli proqramların genişləndirilməsi, tələbə məmnuniyyəti indikatorlarının tətbiqi və şəffaf idarəetmə mexanizmləri formalaşdırılmalıdır. Yalnız bu yanaşma ilə universitetlərimiz qlobal reytinqlərdə qalıcı və yüksələn mövqedə ola bilərlər. Bu baxımdan, QS reytinqinə daxil olmaq təkcə texniki uğur deyil – bu, təhsildə sistemli dəyişimin çağırışıdır. Bu uğur ali təhsildə dönüş nöqtəsinə çevrilməlidir. Əks halda, reytinq siyahısında qalmaq deyil, düşmək riski ilə qarşılaşmaq ehtimalı artır. Sistemli islahat və məsuliyyətli yanaşma ilə Azərbaycan universitetləri regiondan çıxaraq, qlobal ali təhsil mərkəzinə çevrilə bilər”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri