Icma.az
close
up
RU
Dəhşətli təyyarə qəzasına CƏMİYYƏTİN BAXIŞI

Dəhşətli təyyarə qəzasına CƏMİYYƏTİN BAXIŞI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsinin Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Bu hadisə bütün Azərbaycan xalqını dərin kədərə bürüdü. SİA qəza ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Nəzakət Məmmədova: "Bu qəza çox dəhşətli idi. Mənim fikrimcə, bütün nəqliyyat vasitələri təhlükəlidir. Hadisə baş verəndə verir. Heç kim qəzadan sığortalanmayıb. Mən də təyyarə ilə səyahət etmişəm. Hələ ki, məndə təyyarə qorxusu yaranmayıb. Başına gələn bilər ki, nə dəhşətdir. Elə bir şey yaşamamışam".

Şəhər sakini Məlahət Abdullayeva: "Təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm, yaralananlara can sağlığı arzu edirəm. Tezliklə onlar şəfa tapsınlar. Bu, məni də digər azərbaycanlılar kimi çox məyus etdi, çox kədərləndirdi. Biz də bu matəmə qoşulduq və bu çətin duyğuları yaşadıq. Allah kömək olsun, Allah bizim millətimizi qorusun. Prezidentimizin qısa zamanda bu hadisəyə reaksiya verməsi bizi də birləşdirdi. Bizim hər birimiz öz insanımızı, Vətənimizi qorumağa çalışmalıyıq. Tezliklə ümid edirik ki, bu hadisəni törədənlər tapılsın və cəzalandırılsın. Allah bir daha dünyasını dəyişənlərə rəhmət eləsin. Sağlam olanlara da Allah xoş hisslər, duyğular nəsib etsin".

Şəhər sakini Muğan Əliyev: "Yeni il ərəfəsində bütün Azərbaycan xalqı üçün belə bir qəzanın baş verməsi məni və ailəmizi çox kədərləndirdi. Buna baxmayaraq xeyirlə-şər həmişə bacı-qardaşdır. Ona görə hesab edirəm ki, qəza ilə bağlı araşdırmalar aparılır, hökumət tərəfindən komissiya yaradılıb. Biz sosial şəbəkələri tez-tez izləyirik. Ancaq lazımsız yazıların yazılması bizi çox düşündürür. Eyni zamanda bu gün Azərbaycanın apardığı daxili və xarici siyasəti yüksək qiymətləndiririk. Belə bir hadisənin də törədilməsi belə hesab edirəm ki, hər şeydə bir fakt var. Araşdırmamış, hər hansı bir rəyin formalaşması, fikir söyləmək tezdir. Bir daha Yeni il və Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Qalib ölkəyik, biz bunu 44 günlük müharibədə sübut etdik. Düşünürəm ki, belə qəzalar bütün dünya ölkələrində baş verir. Ölənlərə rəhmət diləyirəm, sağ qalanlara can sağlığı arzu edirəm. Hesab edirəm ki, bu məsələ də öz müsbət həllini tapar".

Şəhər sakini Xatun İbrahimqızı: "Çox bədbəxt hadisədir, çox təsirləndik. İndi də danışanda təsirlənirəm. Allah rəhmət eləsin ölənlərə, qalanlara da can sağlığı versin. Heç olmayası məsələ idi. Mən də təyyarə ilə səyahət etmişəm. Əfqanıstana, Moskvaya, Daşkəndə uçmuşam. Ona görə çox təsirləndim".

Şəhər sakini Zeynəb Dadaşova: "Bu qəza hamıya çox pis təsir etdi. Bunu gözləmirdik. Allah ölənlərə rəhmət etsin, hər kəsə səbr versin. İstəməzdik ki, belə qəza baş versin, amma çox təəssüflər olsun ki, oldu. Mən televiziyada verilən xəbərlərə daha çox inanıram. Qəzanın səbəbi haqqında heç nə deyə bilmərəm. Rəsmi məlumatlara inanıram. Sosial şəbəkələr belədir ki, kim nə istəyir yaza bilir. Amma əsas mənim üçün televiziyadır".

Şəhər sakini Tahir Məmmədzadə: "Tələbəyəm. Təyyarə qəzası ilə bağlı xəbəri eşidəndə çox pis oldum. Ölənlərə Allahdan rəhmət diləyirəm, sağ qalanlara da can sağlığı arzu edirəm. Hələ ki, təyyarə ilə səyahət etməmişəm. Məncə, qatar ən təhlükəsiz nəqliyyat növüdür. Təyyarə ilə də gələcəkdə səyahət etmək fikrim var. Qəzanın səbəbi barədə isə bir fikrim yoxdur"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri