Icma.az
close
up
RU
Aliment artırılır Boşanmalar da çoxalacaq? AÇIQLAMA

Aliment artırılır Boşanmalar da çoxalacaq? AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.


Belə ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.
Bəs, minimum alimentin artırılması ailələr arasında münasibətə necə təsir edəcək? Bu, boşanmaların azalmasına və ya artmasına səbəb ola bilərmi?
 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, ümumi əməkhaqqının artırılması minumum aliment məbləğinin də artması məsələsini qaçılmaz edir:
"Bunun təbii ki müəyyən təsirləri olacaq. Əsasən də iqtisadi təsrləri. “Azərbaycanda ailə bağları hər zaman maddi dəyərlərdən daha önəmli olub. İstisna deyil ki, alimentin artması bəzi hallarda - münaqişəli vəziyyətdə olan ailələrin daha sürətlə - nikahın pozulmasına da səbəb ola bilər. Ancaq ümumi mənzərəyə baxsaq, boşanmaların sayının bu səbəbdən artacağını düşünmürəm. Alimentin minumum məbləği artırılıb, amma uşağın böyüdülməsi daha böyük xərclər tələb edən məsələdir. Ona görə də düşünmürəm ki, alimentin artması nikahın pozulmasına ciddi təsir edəcək”. 
 

Əliməmməd Nuriyev Aliment Fondunun yaradılmasının zəruriliyindən də danışıb:


“Bütün hallarda uşağın qayğısına qalmaq valideynin bir nömrəli vəzifəsidir. Həmçinin uşaqlara diqqətin göstərilməsi dövlətin də əsas öhdəliklərindən biridir. Konstitusiyanın tələb etdiyi normaya uyğun olaraq Aliment Fondunun yaradılmasını çox vacib hesab edirəm. Bəzi hallarda şəxslər müxtəlif səbəblərdən alimentdən boyun qaçıraraq, valideyn öhdəliyindən yayınırlar. Bu da uşağın ehtiyaclarının ödənilməsində problem yaradır. Uşaq eyni zamanda dövlətin dəyəri və sərvətidir. Ailə nə qədər möhkəm olsa, dövlət də o qədər inkişaf etmiş olacaq. Ailə problemləri, maddi ehtiyacların ödənilməməsi uşağın şəxsiyyətinin formalaşmasına, dövlətin gələcək rifahına mənfi təsir göstərə bilər. Bu səbəbdən, valideyni alimet ödəməkdən boyun qaçıran uşaqların ehtiyaclarını ödəmək üçün belə bir fondun yaradılması önəmli məsələdir. Bu, həmçinin alimentdən yayınan şəxslərə qarşı ciddi tədbirlərin görülməsinə şərait yaradacaq”.
 

“Ölkədə alimentlərin verilməsində ənənəvi yanaşmalar var”, - deyən İctimai Şura sədri qeyd edib ki, boşanan ailələrdə 99 faiz alimenti kişi ödəyir.
"Uşaq atanın himayəsində olduqda isə çox vaxt qarşı tərəfdən aliment tələb edilmir. Təbii ki, bunun müəyyən səbəbləri var, sosial, iqtisadi faktorlar, streotipləşmiş düşüncələr və sair. Ancaq getdikcə bu cür məsələlərin də qarşısı alınmalıdır. Uşaqlar məhkəmənin qərarı ilə 90% hallarda ananın himayəsinə verilir. Bu da ənənəvi baxışdır. Biz düşünürük ki, analar uşaqlara daha yaxşı baxır və ya atalar uşaqlara qarşı şiddət göstərir. Ancaq bu tip düşüncələr özünü həmişə praktikada doğrultmur. Məhkəmələr bu cür məsələlərə hər ailənin vəziyyətini diqqətlə təhlil edərək qərar verməlidir". 


Ə.Nuriyevin sözlərinə görə, boşanmalar zamanı yaranan ən böyük problemlərdən biri himayədar tərəfin uşağı digər tərəfə göstərmək istəməməsidir.
"Bu da uşaqların tərbiyəsinə əksər vaxt ciddi mənfi təsir göstərir. Uşağın ata və ya ana ilə görüşməsini o zaman məhdudlaşdırmaq olar ki, həmin valideynin həyat tərzi övladına zərər vura bilər, digər hallarda valideynlərdən birinin uşaqların tərbiyəsində iştirak etməməsi gələcəkdə ciddi problemlər yarada bilir”- deyə o, qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri