Icma.az
close
up
RU
Naxçıvanda bu il mindən çox yeni iş yeri yaradılıb

Naxçıvanda bu il mindən çox yeni iş yeri yaradılıb

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatlarda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında məşğulluğun təmin edilməsi və əmək bazarının inkişafı istiqamətində müsbət dəyişikliklər qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən AYNA.AZ-a verilən məlumata görə, hesabat dövründə muxtar respublikada 1004 yeni iş yeri açılıb. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 371 iş yeri və ya 59 faiz çoxdur.

Yeni yaradılan iş yerlərinin böyük hissəsi qeyri-dövlət sektorunda formalaşıb. Belə ki, açılan iş yerlərinin 697-si və ya 69 faizi qeyri-dövlət, 307-si və ya 31 faizi isə dövlət sektorunda qeydə alınıb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatlarda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqları ilə qeyri-dövlət sektoruna dövlət dəstəyinin genişləndirilməsi muxtar respublikada məşğulluq üçün yeni imkanların yaradılmasına, əmək fəallılığının yüksəlməsinə səbəb olub. Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada iqtisadiyyatın qeyri-dövlət sektorunda yeni yaradılan iş yerlərinin sayının dövlət sektorunda açılan yeni iş yerlərinin sayını 2 dəfədən çox üstələməsi sahibkarlığın əhalinin məşğulluğuna əhəmiyyətli töhfə verdiyini göstərir. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi və istehsal potensialının genişləndirilməsi muxtar respublikada məşğulluğun dayanıqlı artımının mühüm amilidir.

İş yerlərinin sayının artmasında yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, tikinti və infrastruktur layihələrinin icrası, eləcə də müxtəlif sahələrə yönəldilən investisiyaların həcmindəki artım əsas rol oynayıb. Eyni zamanda, sosial və infrastruktur layihələri çərçivəsində “Naxçıvan Regional Dost Mərkəzi”nin fəaliyyətə başlaması ilə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində 223 iş yerinin yaradılması da ümumi artıma töhfə verib.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra edilən Özünüməşğulluq Proqramı çərçivəsində muxtar respublikada aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə 2026-cı ilin ötən dövrü ərzində öz kiçik biznesini qurmaq istəyən 114 nəfər işsiz şəxsə aktivlər təqdim edilib. Onlardan 94 nəfəri kənd təsərrüfatı (50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq) və 20 nəfəri isə istehsal-xidmət sahələri üzrə məşğul olmaq üçün əmlaklarla təmin ediliblər. Cari ilin sonunadək Proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Oktyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri