Icma.az
close
up
RU
Alimlər 10 min illərlə yatmış mikrobları oyadıblar

Alimlər 10 min illərlə yatmış mikrobları oyadıblar

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Permafrost - Şimal yarımkürəsində quru ərazinin təxminən dörddə birini əhatələyən donmuş torpaq, buz və qaya qarışığı - elm adamlarının diqqətini hələ də cəlb edir ki, bu da təəccüblü deyil: bu, bir növ buzlu qəbiristanlıqdır, burada heyvanların və bitkilərin qalıqları, həmçinin çoxlu sayda bakteriya və digər mikroorqanizmlər zamanla birgə donublar.
Bununla belə, “qəbiristanlıq” sözünü heyvan və bitki qalıqlarına aid etmək mümkün olsa da, mikroorqanizmlər üçün yuxu yeri barədə danışmaq bəlkə də daha doğrudur. Belə ki, Boulderdəki Kolorado Universitetinin mütəxəssisləri tərəfindən toplanmış və əvvəllər on minlərlə il buzda qalmış mikrobların ümumiyyətlə ölmədiyi məlum olub - əridikdən bir neçə ay sonra hüceyrələr aktiv şəkildə böyüməyə və koloniyalar yaratmağa başlayıb.
“Bunlar heç bir halda ölü nümunələr deyil. Onlar hələ də aktiv həyatı dəstəkləmək, o cümlədən üzvi maddələri parçalamaq və karbon dioksid kimi buraxmaq qabiliyyətinə malikdirlər”, - araşdırmanın aparıcı müəllifi Tristan Karo bildirib.
Alimlər işlər aparmaq üçün unikal bir yerə - Alyaskada ABŞ Ordusu Mühəndislər Korpusu tərəfindən idarə olunan permafrost tunelinə gediblər. Bu tədqiqat obyekti donmuş ərazinin 100 metrdən çox uzunluqdakı tunelində yerləşir. Tunelin divarlarında qədim bizon və mamontların sümükləri görünür.
- İçəri girəndə ilk gördüyün şey dəhşətli qoxudur. Oradan çox uzun müddət möhürlənmiş kifli zirzəmi iyi gəlir. Bir mikrobioloq üçün bu həlledici məqamdır, çünki maraqlı qoxular çox vaxt mikrob mənşəlidir”, - alim xatırlayır.

Mütəxəssislər yaşı bir neçə min ildən on minlərlə ilə qədər dəyişən permafrost nümunələri toplayaraq su əlavə ediblər və onları 4 və 12 dərəcə Selsi temperaturunda inkubasiya vəziyyətinə gətrirblər. Bu dərəcə insanlar üçün sərin sayılsa da, Arktika üçün kifayət qədər istidir.
“Biz Alyaska yayı üçün xarakterik olan temperaturları və iqlim faktorları səbəbindən əbədi donun əridiyi bir vəziyyəti simulyasiya etmək istədik”, - Tristan Karo izah edib.
Nəticələr alimləri təəccübləndirib. İlk aylarda mikrob koloniyaları son dərəcə yavaş böyüyüb - gündə 100 min hüceyrədən yalnız bir hüceyrə yenilənib. Müqayisə üçün deyək ki, laboratoriyadakı əksər bakteriya koloniyaları bir neçə saat ərzində tamamilə yenilənir. Ancaq altıncı aya qədər vəziyyət dəyişib: canlanan bakteriya koloniyaları aktiv şəkildə böyüməyə başlayıb və onların bəziləri hətta adi gözlə görülə bilən selikli strukturlar - biofilmlər əmələ gətiriblər.

Maraqlıdır ki, bakteriya koloniyaları yüksək temperaturda daha sürətli oyanmayıblar. Başqa sözlə, Alyaskanın sərin yayı zamanı qeyri-adi dərəcədə isti bir gün vəziyyəti kəskin şəkildə dəyişməyəcək. Daha böyük əhəmiyyət kəsb edən məqam yay fəslinin tədricən uzanmasıdır. İsti temperatur payıza və yaza qədər uzanır və bu, əbədi donmuş təbəqələrin tədricən əriməyə başlamasına səbəb olur.
Bu gün insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən əbədi donmuş torpaqlar həyəcan doğuracaq sürətlə əriyir. Alimlər bunun pis bir dövrə səbəb ola biləcəyindən qorxurlar: permafrost əridikcə, onun daxilində donmuş mikroblar canlanacaq və üzvi maddələri aktiv şəkildə parçalamağa başlayacaq, güclü istixana effekti verən karbon və metan qazlarını atmosferə buraxacaq ki, bu da iqlim dəyişikliyini gücləndirəcək.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri