“Liderin izi millətin qüruru” layihəsinə start verilib FOTOLAR
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əfəndizadə Gülçin Firuz qızının “Liderin izi – millətin qüruru” adlı layihəsinə start verilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Giriş sözü ilə tədbirə ev sahibliyi edən layihənin tərəfdaşı Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək layihənin gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasına mühüm töhfə verdiyini bildirib. O, bu cür təşəbbüslərin gənclərin ictimai fəallığının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzovun, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımovun, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalovun və layihənin digər tərəfdaşı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin – Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənovanın çıxışları dinlənilib.
Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən liderliyinin, strateji qərarlarının və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı həlledici roldan bəhs ediblər.
Bildirilib ki, qalibiyyətin təməlində milli birlik, güclü siyasi iradə və dövlət–xalq həmrəyliyi dayanır və bu dəyərlərin gənc nəsillərə aşılanması mühüm vəzifədir.
Eyni zamanda, çıxışlarda gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmasında bu cür maarifləndirici layihələrin əhəmiyyəti qeyd olunub, vətənpərvərlik tərbiyəsinin təhsil mühiti ilə sıx bağlı olduğu diqqətə çatdırılıb.
Sonda layihə rəhbəri – fəal ictimai gənc Gülçin Əfəndizadə çıxışında “Liderin izi – millətin qüruru” layihəsinin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verərək bildirib ki, təşəbbüs Prezident İlham Əliyevin liderlik irsinin gənclər arasında daha dərindən öyrənilməsinə, Qalib Azərbaycanın inkişaf yolunun təbliğinə yönəlib.
Açılış mərasimindən sonra layihə çərçivəsində gənclər üçün təlim-seminar təşkil olunub.
“Qalib Azərbaycanın formalaşmasında Ali Baş Komandanın rolu” mövzusunda keçirilən seminar Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, tarixçi müəllim Altay Cəfərlinin təqdimatında interaktiv formada keçirilib.
Seminar zamanı gənclər Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri, müasir liderlik modeli və milli suverenliyin möhkəmləndirilməsi istiqamətində fəal müzakirələr aparıblar.
Təlim-seminarın yekununda layihənin növbəti mərhələlərində iştirak etmək üçün 20 nəfər fəal tələbə seçilib.
Seçilmiş gənclər ümumtəhsil məktəblərində, xüsusilə 8–11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirərək müstəqil Azərbaycanın uğurları, liderlik irsi və vətəndaş məsuliyyəti mövzularında təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, layihə sistemli və mərhələli yanaşma əsasında gənclərin həm fərdi inkişafına, həm də cəmiyyətin milli-mənəvi dəyərlərlə zənginləşməsinə uzunmüddətli töhfə verməyi hədəfləyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 05 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















