Alimlər alkoqolizmin çarəsini tapdılar: Siçanlar üzərində test edildi, insanlarda yoxlayacaqlar
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər beynin "spirt asılılığı açarı"nı tapıblar.
Milli.Az xəbər verir ki, Skripps İnstitutunun tədqiqatçıları alkoqol asılılığında əsas rol oynayan beyinnin kiçik hissəsini müəyyən ediblər. Araşdırmaya görə talamusun paraventrikulyar nüvəsi (PVT) spirt asılılığını tənzimləyir.
Nəticələr "Biological Psychiatry: Global Open Science" jurnalında dərc olunub.
Alkoqol asılılığı çox vaxt zövq axtarışı ilə başlayır, amma zamanla insan çəkmə sindromunun yaratdığı şiddətli stress və narahatlıqdan qurtulmaq üçün spirtə yönəlir.
Tədqiqat müəllifi, neyrobiologiya professoru Fridbert Vays izah edir ki, beyində müəyyən sistemlər bu öyrənməni yadda saxlayır və buna görə asılılıqların təkrarlanması (relaps) çox davamlı olur.
Eksperimentlər siçanlar üzərində aparılıb. Əvvəlcə siçanlar alkoqola öyrəşdirilib, sonra spirt çıxarıldıqda müəyyən mühit və hərəkət ilə asılılıq simptomlarının azalması əlaqələndirilib. Sonradan spirt götürüldükdə həmin şərait siçanlarda güclü və davamlı spirt istəyi yaradıb.
Beyin analizi göstərib ki, bu qrupda məhz paraventrikulyar nüvə aktivləşib. Digər siçanlarda belə aktivlik müşahidə olunmayıb.
Sadə formada desək, beyindəki kiçik bir hissə spirt istəyi üçün "açar" rolunu oynayır və gələcəkdə alkoqol asılılığının müalicəsində yeni hədəf ola bilər.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Sentyabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















