Icma.az
close
up
RU
Alimlər: Əriyən buzlaqlar milyonlarla insanın həyatı üçün təhlükə yaradır

Alimlər: Əriyən buzlaqlar milyonlarla insanın həyatı üçün təhlükə yaradır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

2024-cü ildə dünya buzlaqları yenidən - üçüncü ildir ki, kütləsini itirib. Bu, son 6 ildə buzlaqların əriməsinin rekord həddə çatmasından xəbər verir ki, bu da təkcə ətraf mühit üçün deyil, milyonlarla insanın həyatı üçün də ciddi təhlükə yaradır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

Buzlaqlar və buz təbəqələri Yer kürəsinin şirin suyunun təxminən 70%-ni saxlayır və dağlıq bölgələr planetin "su qüllələri" rolunu oynayır. Onların yoxa çıxması milyonlarla insanın su təchizatını təhdid edib.

1975-ci ildən bəri dünya 9 trilyon tondan çox buzlaq buzunu itirib - bu, Almaniya ölçüsündə və 25 metr qalınlığında buz blokuna bərabərdir. İndiki ərimə sürəti ilə Qərbi Kanada, ABŞ, Skandinaviya, Mərkəzi Avropa, Qafqaz və Yeni Zelandiyadakı buzlaqların əksəriyyəti XXI əsrin sonuna qədər yox ola bilər.

İsveçrə Buzlaqların Monitorinqi Xidmətinin məlumatına görə, buzlaqların məcmu kütləsi itkisi 450 milyard tona çatıb və 2024-cü il rekordlar başlayandan bəri dördüncü ən böyük itki ili olub. Ən pis nəticə 2023-cü ildə qeydə alınıb.

"2022-ci ildən 2024-cü ilə qədər biz indiyə qədər qeydə alınmış ən böyük buzlaq kütləsi itkisini gördük", deyə WMO rəhbəri Celeste Saulo bildirib.

Skandinaviya, Svalbard arxipelaqı və Şimali Asiyadakı buzlaqlar xüsusilə ağır zərbə alıb, itkilər rekord səviyyəyə çatıb.

WMO-nun Su və Kriosfer Departamentinin direktoru Stefan Uhlenbroek bildirib: "Biz bir çox məsələlər üzrə danışıqlar apara bilərik, lakin buzun ərimə nöqtəsi kimi fiziki qanunlar dəyişdirilə bilməz".

Mütəxəssislər xəbərdarlıq edir ki, buzlaqları xilas etməyin yeganə yolu istixana qazı emissiyalarını təcili olaraq azaltmaqdır. Əks halda bəşəriyyət fəlakətli nəticələrlə üzləşə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Mart 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri