Icma.az
close
up
RU
Əriyən buzlaqlar keçmişin sirrini açır

Əriyən buzlaqlar keçmişin sirrini açır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Norveç buzlaqlarında tapılan sirli qədim artefaktlar müzakirə predmetinə çevrilib. Uzun müddətdir ki, "Buzların sirləri" proqramı çərçivəsində çalışan norveçli arxeoloqlar əriyən buzlaqlarda unikal qədim artefaktlar tapmağa davam edirlər.
Reyting.az
-ın məlumatına görə, alimlər bildiriblər ki, tapıntılar əvəzsiz elmi nailiyyətdir. Elm adamları deyiblər ki, Daş dövründən Vikinq dövrlərinə qədər böyük bir tarixi əhatə edən qeyri-adi əşyalar qədim ticarət yollarını öyrənməklə yanaşı, min illər bundan öncə yaşamış insanların həyatına da işıq salır.
Məlum olduğu kimi, Norveç bir ölkə kimi buzlaq arxeologiyasında lider sayılır. Bu, buzların əriməsi nəticəsində üzə çıxan obyektləri araşdırıb öyrənən yeni bir elm sahəsidir. Son illər ərzində bu ölkənin ərazisində, əriyən buzlaqların arasından 4500-ə qədər artefakt aşkar edilib ki, bu da dünya üzrə tapılan bütün tapıntıların yarıdan çoxunu təşkil edir.

Norveçli alimlər qeyd ediblər ki, arxeoloji tədqiqatlar üçün ən məhsuldar qazıntı sahələrindən biri buzlaqların əridiyi ərazilərdir. Alimlər məhz bu yerləri seçməklə, yanılmayıblar.
Bir çox buzlaqların əridiyi əraziləri araşdıran arxeoloqlar vikinqlərə məxsus dövrləri və tarix şəraiti ətraflı öyrənmək imkanı əldə ediblər. Tədqiqatçılar orta əsrlərdə ticarət yolu kimi istifadə edilmiş Lendbrin buzlağını da tədqiq edə biliblər.
Arxeoloqların sözlərinə görə, 2024-cü ildən başlayaraq buzlaqların intensiv əriməsi səbəbindən onlar bəzi ərazilərdə bir çox nadir əşyalar və zədələnmədən tam bütöv qalan, yaxşı qorunan iki qədim ox tapıblar. Elmi proqramın rəhbəri Espen Finstad deyib ki, həmin oxlardan biri sadəcə, tapılmağını gözləyirmiş kimi buzun səthində uzanmış vəziyyətdə olub: “Adətən biz qazıntılar aparmalı oluruq, ancaq bu, çox fərqli idi. Bu, əsl hədiyyə idi".
"Buzların sirləri" proqramının araşdırmaları davam edir. Qədim olan və tarixilik baxımdan, həmçinin Norveç üçün çox qiymətli hesab edilən digər tapıntılar arasında taxta alətlərlə yanaşı, dəri, tekstil məmulatları, hətta məqsədi hələ də sirr kimi qalan qəribə əşyalar var. Lendbrin buzlağının keçidində tapılan kiçik taxta obyektin nə olduğu indiyə qədər müəyyən edilməyib.
Tədqiqatçıların sözlərinə görə, buzlaqlarda tapılan artefaktlar qədim insanların necə ov etdiklərini, hansı vasitələrlə ticarətlə məşğul olduqlarını və dağ keçidlərindən necə köçdüklərini daha yaxşı anlamağa kömək edir.
Lakin buzlaqların əriməsinə səbəb olan qlobal istiləşmə alimlərdə qarışıq hislər yaradır. Bu, bir tərəfdən nadir tapıntılara çıxış yolu açsa da, digər tərəfdən insanların təhlükəsizliyini təhdid edir. "Biz bu yay buzlaqlara qayıtmağı səbirsizliklə gözləyirik və əsasən haralara baxacağımızı yaxşı bilirik", - Finstad deyib.
Hazırda Norveç buzlaq arxeologiyası keçmişin sirlərini açmağa davam edir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Fevral 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see274

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see263

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see241

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see230

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see217

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see215

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see212

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see208

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see198

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see186

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see184

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see183

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see183

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see180

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri