Icma.az
close
up
RU
Alimlər Everestdən 100 dəfə böyük yeraltı dağları kəşf ediblər

Alimlər Everestdən 100 dəfə böyük yeraltı dağları kəşf ediblər

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Alimlər Yer səthinin dərinliklərində elə böyük yeraltı kütlələr aşkar ediblər ki, onların yanında Everest dağı tamamilə kiçik görünür.

Tribuna-ın Unian-a istinadən verdiyi məlumata görə, bu barədə Daily Galaxy yazır.

Nature jurnalında dərc olunan yeni araşdırma göstərir ki, planetin mantiya–nüvə sərhədindən yuxarıya doğru uzanan iki iri yeraltı kütlə mövcuddur. Onların “hündürlüyü” təxminən 1000 km-dir – bu, Everestdən 100 dəfə böyükdür. Bu kütlələrdən biri Afrikanın, digəri isə Sakit okeanın mərkəzinin altında yerləşir.

Alimlər bildirirlər ki, bunlar klassik mənada dağ deyil, çünki adi süxurlardan ibarət deyillər. Lakin miqyas baxımından Yer daxilində bilinən ən böyük geoloji quruluşlardır.

Tədqiqat hesab olunur ki, bu kəşf yalnız planetin daxili relyefi haqqında təsəvvürü dəyişmir, həm də Yer kürəsinin təkamülünü öyrənmək üçün yeni imkanlar açır. Bu iri və sıx bölgələrin milyardlarla il yaşı olduğu, erkən Yer tarixinin kimyəvi “izlərini” qoruduğu ehtimal edilir. Onların vulkanizmin formalaşmasına, tektonik proseslərə və mantiya konveksiyasına təsir etdiyi vurğulanır.

Araşdırma necə aparılıb?
Utrext Universitetinin alimləri bu nəticəyə sismik analiz metodunun yeni forması ilə gəliblər. Onlar güclü zəlzələlərdən sonra Yer kürəsi boyunca yayılan dalğaları müşahidə edərək, sismik enerjinin dərinliklərdə necə zəiflədiyini araşdırıblar. Bu yanaşma alimlərə mantiyanın daxilində enerjinin davranışını üçölçülü xəritə şəklində modelləşdirməyə imkan verib.

Araşdırma nəticəsində Afrika və Sakit okean altında aşağı sürətli sürüşmə dalğası sahələri və zəif sönümlənmə zonaları aşkarlanıb. Bu əlamətlərin bir araya gəlməsi, elm adamlarının fikrincə, LLSVP adlanan — aşağı sürətli kütlələrdən ibarət böyük anormal yeraltı ərazilərin mövcudluğunu təsdiqləyir.

Tədqiqatçılar bildirirlər ki, bu kütlələr dağ deyil, termo-kimyəvi quruluşlardır və mantiya-nüvə sərhədindən yuxarı qalxaraq mantiya axınlarına təsir edir.

Hər birinin eni təxminən 5000 km-ə çatır və “hündürlüyü” o qədər böyükdür ki, əgər onları Yer səthinə gətirmək mümkün olsaydı, “hündürlük” anlayışını tamamilə yenidən müəyyənləşdirmək lazım gələrdi. QS4L3 modeli isə ilk dəfə olaraq mantiyanın dərinliklərində sönümlənmə xüsusiyyətlərini qlobal miqyasda təsvir edən model kimi qeyd edilir.

Yer mantiyasında basdırılmış qədim plitələr
LLSVP-lərin ən maraqlı cəhətlərindən biri onların mənşəyidir. Üstün nəzəriyyəyə və yeni məlumatlara görə, bu kütlələr milyonlarla il əvvəl subduksiya nəticəsində mantiyaya batmış qədim tektonik plitələrin qalıqları ola bilər. Bu “köhnə plitələr” mantiyanın dibində toplanaraq sanki “tektonik qəbiristanlıq” kimi davranır.

Bu quruluşlar kimyəvi tərkibi və sıxlığı səbəbindən digər mantiya materialları ilə demək olar ki, qarışmır və bu da onları Yerin ən sabit və uzunömürlü daxili formasiya­larından birinə çevirir.

Araşdırma göstərir ki, aşağı səviyyəli sönümlənmə və sürüşmə dalğalarının aşağı sürəti bu kütlələrin yüksək sıxlığa, yüksək temperatura və unikal geokimyəvi tərkibə malik olduğunu göstərir.

Yer səthini formalaşdıran “mantiya ankerləri”
Bu yeni sismik model yalnız bu əraziləri vizuallaşdırmır, həm də ilk dəfə olaraq temperaturun təsirini maddə tərkibinin təsirindən ayırmağı mümkün edir. Bu, Yer səthinin formalaşmasında rol oynayan qüvvələri anlamaq baxımından böyük əhəmiyyət kəsb edir.

Alimlər düşünürlər ki, bu yeraltı nəhəng kütlələr mantiya üçün “anker” funksiyası daşıyır. Onlar yüz milyonlarla il yerindən tərpənmədən qalaraq konveksion axınları istiqamətləndirə və superkontinentlərin yaranma-dağılma dövrlərinə təsir edə bilərlər.

Yeni metodika sönümlənmənin effektivliyini ölçməklə mantiyanın termal və kimyəvi quruluşu barədə daha dəqiq məlumat verir. Araşdırma təsdiqləyib ki, sönümlənmənin ən aşağı olduğu bölgələr LLSVP-lərlə üst-üstə düşür — bu da həmin kütlələrin sırf istilik deyil, məhz kimyəvi mənşəli olduğunu göstərir.

Tədqiqat həmçinin sübut edir ki, mantiyanın əksər hissəsi daim qarışsa da, bu iri yeraltı kütlələr izolyasiya olunmuş şəkildə qalır və qədim materialların anbarı, eləcə də uçucu maddələrin potensial mənbəyi kimi çıxış edərək Yerin iqliminə və bioloji proseslərinə təsir edə bilər.

İmran Kərimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri