Icma.az
close
up
RU
Alimlər Günəşin necə zəlzələlərə səbəb ola biləcəyini kəşf ediblər

Alimlər Günəşin necə zəlzələlərə səbəb ola biləcəyini kəşf ediblər

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Alimlər Günəşin necə zəlzələlərə səbəb ola biləcəyini kəşf ediblər


Alimlər təkcə günəş aktivliyinin zəlzələlərə səbəb ola biləcəyini aşkar etməyiblər. “Chaos” jurnalında dərc edilən araşdırmaya görə, tədqiqat bu təsirin əsas mexanizminin termal olduğunu müəyyən edib.
Seysmologiya sahəsində çoxlu kəşflərə baxmayaraq, alimlər hələ də zəlzələlər haqqında az-çox dəqiq proqnozlar verə və onların baş verməsinə təsir edən bütün təbii və antropogen amilləri nəzərə ala bilmirlər.
Əvvəlki məqalələrin birində Tsukuba Universitetinin (Yaponiya) alimləri günəşin aktivliyi ilə zəlzələlərin tezliyi arasında statistik əlaqə qurmuşdular. Onlar yeni işlərində bu əlaqənin əldə olunma mexanizmini müəyyən etməyə çalışıblar və əsas mexanizmin Günəşin verdiyi istilik olduğu qənaətinə gəliblər.
Alimlər kompüter modelləşdirmə və hesablama metodlarından istifadə edərək, 2000-ci il yanvarın 1-dən 2021-ci il avqustun 31-dək Yeni Zelandiyada, Yaponiyada və Balkanlarda qeydə alınmış zəlzələlərin məlumat toplusunu təhlil edərək, onları günəş aktivliyi və yer səthinin temperaturu ilə bağlı məlumatlar ilə müqayisə ediblər.
Məlumatların təhlili göstərdi ki, Yer səthinin temperaturunda günəş aktivliyi nəticəsində yaranan dəyişikliklər zəlzələlərə, xüsusilə dayaz zəlzələlərə təsir edə bilər. Bunun səbəbi, temperaturun yüksəlməsi süxurları daha kövrək edir və tektonik plitələrdə təzyiqi dəyişə bilər.
"Məqsədimiz istilik enerjisinin günəş aktivliyi ilə zəlzələləri əlaqələndirməkdə mühüm rol oynadığını göstərmək olsa da, biz istiliyin özünün zəlzələlərə saysız-hesabsız müxtəlif yollarla təsir edə biləcəyini aşkar etdik,"- araşdırmada deyilir.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 06 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri