Icma.az
close
up
RU
Alimlər: İfrat istilər insanlarda ruhi sağlamlıq problemləri yaradır

Alimlər: İfrat istilər insanlarda ruhi sağlamlıq problemləri yaradır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mütəxəssislər deyirlər ki, ekstremal hava və iqlim fəlakətləri narahatlıq, depressiya, intihar riskləri kimi özünü büruzə verən kəskin stres və travmaya səbəb olur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, London İmperial Kollecində iqlim dəyişikliyi üzrə Qrantham İnstitutundan Neil Jenningsin sözlərinə görə, temperaturun hər 1 dərəcə Selsi artması intihar riskini təxminən 1 faiz çoxaldır.

Neyro-epidemiologiya və demensiya üzrə aparıcı tədqiqatçı Dorina Kedar deyir ki, ətraf mühitin pozulması, yerdəyişmə, yüksələn temperatur və ya havanın keyfiyyətinin pisləşməsi insanların psixoloji rifahını yavaş-yavaş məhv edə bilər. Onun sözlərinə görə, iqlim narahatlığının xüsusilə gənc insanlar və qlobal ekoloji dəyişikliklər qarşısında özünü gücsüz hiss edənlər arasında yayılmış olduğuna dair artan sübutlar var.

Son həftələrdə rekord qıran temperatur Aralıq dənizi, Avropa, Asiya, ABŞ və Yaxın Şərqin böyük hissəsində müşahidə olunur, sinoptiklər uzunmüddətli isti hava dalğaları barədə xəbərdarlıq ediblər.

İqlimşünaslar bildirirlər ki, istilik dalğaları psixi sağlamlıq tədqiqatları baxımından çox vaxt diqqətdən kənarda qalır, lakin bunlar əhval dəyişikliyi, artan aqressiya, narahat yuxu və mövcud psixi sağlamlıq vəziyyəti olan insanlar üçün xəstəxanaya müraciətlərin artması ilə əlaqələndirilir.

Alimlər bu təsirlərlə yanaşı, həddindən artıq istilərin hətta intihar riskinin artmasına səbəb olduğuna diqqət çəkirlər. Bundan əvvəlki tədqiqatlar müəyyən edib ki, aylıq orta temperaturun hər 1 dərəcə Selsi artması psixi sağlamlıqla bağlı ölümlərdə 2,2 faiz artıma səbəb olur, nisbi rütubətin artması isə intihar nisbətlərini də artırır. Açıq havada işləyən insanlar, tikinti işçiləri və fermerlər kimi müəyyən peşə qruplarının əlavə psixi sağlamlıq riskləri ilə üzləşirlər. Məsələn, fermerlər həddindən artıq istilər, daşqınlar və meşə yanğınları nəticəsində məhsul itkiləri səbəbindən tez-tez əhəmiyyətli psixoloji stres yaşayırlar.

Digər ekstremal hava hadisələri də psixi sağlamlığa böyük zərbə vurur. Məsələn, daşqınlar və qasırğalar nəticəsində evini itirmək və ya köçkün olmaq emosional şok, yavaş və çətin bərpa prosesi ilə birlikdə uzunmüddətli psixoloji təsir yarada bilər.

Meşə yanğınları zamanı təxliyə edilənlər və ilk müdaxiləyə məruz qalanlar arasında artan narahatlıq depressiya ilə əlaqələndirilir. Meşə yanğınlarının gözlənilməzliyi və sürətlə yayılması icmaları gücsüz və travmalı hala salır.

Quraqlıqlar daha az dramatik görünsə də, onlar xroniki stresə, ümidsizliyə və intihar düşüncələrinə səbəb olur, xüsusən də dolanışıqları iqlimə həssas mühitlərdən asılı olan əkinçilik icmaları arasında dərin psixoloji sarsıntı yaranır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri