Icma.az
close
up
RU
Alimlər müəyyən ediblər ki, körpələr 4 aylıqdan dil öyrənməyə başlayırlar

Alimlər müəyyən ediblər ki, körpələr 4 aylıqdan dil öyrənməyə başlayırlar

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Alimlər müəyyən ediblər ki, körpələr 4 aylıqdan dil öyrənməyə başlayırlar


Oksford Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlar əvvəllər düşünüldüyü kimi altı ayda deyil, dörd ayda dil öyrənməyə başlayırlar. Bu irəliləyiş nitq gecikmələrinin erkən diaqnozunda kömək edə bilər. Elmi iş “Developmental Science” (DevScience) jurnalında dərc olunub.
Bir yaşa qədər körpələr lazımsız olanlara məhəl qoymadan ana dillərinin səslərini seçirlər. Ancaq ilk altı ayda onlar hətta ətraflarında olmayan səsləri tanıyırlar - məsələn, böyüklərin eşitmədiyi hindi nüansını və ya mandarin dialektini seçə bilirlər.
Əvvəllər hesab olunurdu ki, uşaqlar yalnız eşitmələri ana dillərinə uyğunlaşdıqdan sonra səslərin necə əmələ gəldiyini anlamağa başlayırlar. Ancaq yeni araşdırmalar göstərir ki, bu proses altı aydan əvvəl başlayır.
Alimlər iki uydurma dil yaratmışlar: biri labial (dodaqla) səslərlə, digəri dil səsləri ilə. Hər bir söz cizgi filmi təsviri ilə əlaqələndirilib:labial səslər üçün meduza və dil səsləri üçün krab. Dörd aydan altı aylıq 34 körpə bu sözlərin və şəkillərin videolarına, daha sonra insanların danışdıqları səssiz videolara baxıb. Məlum oldu ki, uşaqlar artikulyasiyanın öyrənilən şəkillərlə üst-üstə düşdüyü kadrlara daha çox baxırlar.
Bu sübut edir ki, hələ dörd ayda körpələr səsləri ağız hərəkətləri ilə əlaqələndirirlər ki, bu da ikidilli ailələrdə nitq pozğunluqlarının erkən diaqnostikası və dil öyrənilməsi üçün yeni perspektivlər açır.
Gələcəkdə elm adamları körpələrin digər nitq xüsusiyyətlərini, məsələn, səslərin cingiltiliyi kimi erkən ayırd edə bilib-bilməyəcəyini araşdırmağı planlaşdırırlar.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 31 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri