Alimlər “ölümdən qayıdan” hüceyrələr aşkarladı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar.
Lent.az xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmadan sonra çoxalaraq zədələnmiş toxumanın demək olar ki, yarısını 48 saat ərzində bərpa etdiyini müəyyənləşdiriblər.
Tədqiqat zamanı müəyyən edilib ki, bu hüceyrələrin sonrakı nəsilləri hüceyrə ölümünə ilkin toxumadakı hüceyrələrdən daha davamlı olur. Alimlər hesab edirlər ki, bu mexanizm sağlam toxumaların daha sürətli sağalmasına kömək edə bilər.
Bununla yanaşı, eyni mexanizmin xərçəng hüceyrələrinə müalicədən sağ çıxmağa və sonradan yenidən yaranmağa imkan verə biləcəyi ehtimal olunur.
Tədqiqatçılar bildirirlər ki, kəşf gələcəkdə həm toxumaların bərpasını sürətləndirən, həm də xərçəngin müalicədən sonra təkrarlanmasının qarşısını almağa yönələn yeni üsulların hazırlanmasına kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Sentyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















