Icma.az
close
up
RU
Alimlər: “Planetimiz xaosa yuvarlana bilər”

Alimlər: “Planetimiz xaosa yuvarlana bilər”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, tədqiqatda iştirak edən alim Orfeu Bertolaminin açıqlamasına istinad edən “Live Science” jurnalının məlumatına görə, təqdim olunan proqnoz heç də sevindirici deyil.
Belə ki, hələ qırmızı və narıncı ərazilərdə qlobal istiləşmə və buzlaqların əriməsi səbəbindən 2021-ci ilin iyun ayında suyun səviyyəsi normadan 10-15 sm yuxarı qalxıb.
Porto Universitetinin Fizika və Astronomiya fakültəsindən olan tədqiqatçıların məqaləsi, qalıqlı yanacaqlardan istifadənin və digər insan fəaliyyətinin gələcəkdə Yerdəki həyatın ümumi mənzərəsinə necə təsir göstərəcəyini təsvir edir.
“Əvvəlki araşdırmalar bizim indi insan fəaliyyəti ilə idarə olunan yeni bir mərhələyə qədəm qoyduğumuzu göstərdi. İnsanlar atmosferə getdikcə daha çox karbon qazı atdıqca, biz planetimizin əvvəllər heç vaxt yaşamadığı Antropotsenin yeni bir dövrünə - insanın təsir etdiyi iqlim dəyişikliyi dövrünə qədəm qoyuruq”, - materialda deyilir.
Portuqaliyalı alimlər öz araşdırmalarında Antropotseni (təzəlikcə yaranmış geoloji dövr) keçid fazası kimi modelləşdiriblər. Əksər insanlar materiallardakı faza keçidləri ilə tanışdır. Məsələn, buz kubunun suda həll olunaraq bərk haldan maye vəziyyətinə keçməsi və ya suyun buxarlanaraq qaza çevrilməsi buna ən adi misaldır.
Lakin keçid fazaları digər sistemlərdə də baş verir. Bu vəziyyətdə sistem rolunda Yerin iqlimi çıxış edir. Hazırda Yerdəki iqlim rpoqnozlaşdırıla bilir və fəsillərə bölünür, keçid fazası isə bu fəsillərin və ümumilikdə iqlimin yeni xarakter almasına səbəb olacaq.
- İqlimin keçid fazasında hərəkəti bu o deməkdir ki, Yer kürəsi hava modellərində qəfil və çox sürətli dəyişikliklər yaşayır”, - alimlər vurğulayırlar.
Onların fikrincə, ən yaxşı halda, bəşəriyyət karbon hasilatının yüksək həddinə çatdıqda, Yerin iqlimi yeni, daha yüksək orta temperaturda sabitləşəcək. Bu, əvvəlkitək dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə səbəb olacaq. Bununla belə, onu ən azı “sabitlik” adlandırmaq imkanı yaranacaq.
Ən pis halda isə, Yerin iqlimi xaosa çevriləcək. Xaotik iqlimdə hələ də fəsillər olacaq, lakin onlar onillikdən onilliyə (və ya hətta ildən-ilə) kəskin şəkildə dəyişəcəklər. Yerin orta temperaturu nisbətən qısa müddət ərzində daha soyuq göstəricidən daha isti dövrlərə keçərək çox güclü şəkildə fərqlənəcək.
“Planetin hazırkı vəziyyəti ilə yaxşı tanış olsaq belə, xaotik dünyada gələcəyin Yer kürəsində müxtəlif sistemlərin davranışını proqnozlaşdırmaq mümkün olmayacaq. Bu o deməkdir ki, Yer kürəsini idarə etmək və biosferin yaşaması üçün əlverişli olan tarazlıq vəziyyətinə gətirmək qabiliyyəti itiriləcək”, - Orfeu Bertolami xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri